Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:43 | 18 sentyabr 2024 | Çərşənbə
Məqaləyə 849 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
AUKUS (Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Avstraliya) alyansı qabaqcıl texnologiyalar sahəsində üzv ölkələr arasında əməkdaşlığı genişləndirib. Bu sırada alyansın ekipajlı sualtı qayıqlarının avtonom sualtı nəqliyyat vasitələri ilə birləşdirilməsi və kvant hesablama texnologiyalarının istifadəsi diqqət mərkəzindədir. AUKUS bu texnologiyaları inkişaf etdirməklə Çinin bölgədə hərbi gücünə qarşı sipər çəkməyi planlaşdırır. Qərb analitiklərinin fikrincə, AUKUS ortaya real fəaliyyət qoymalıdır, əks halda bu birlik yalnız “başlığı” ilə diqqəti çəkəcək.
Bu arada, ABŞ, Böyük Britaniya və Avstraliya inteqrasiya olunmuş süni intellektə malik pilotsuz uçuş aparatlarını sınaqdan keçiriblər. Pilotsuz təyyarələrin yeni modeli operatora məsafədən hədəfləri tapmaq və məhv etmək imkanı verir. Bu modellər süni intellektdən istifadə edərək sürətlə hərəkət edən obyektlər haqqında məlumat vermək iqtidarındadır. Testlərin məqsədi düşmən hədəflərini müəyyən etmək üçün tələb olunan vaxtı azaltmaq idi. Əldə edilən nəticələr üç ölkə arasında hərbi sahədə məlumat mübadiləsinin üst səviyyədə olmasının və sıx əməkdaşlığın nümunəsidir. Təsadüfi deyil ki, Kanada da AUKUS təşkilatına maraq göstərir.
Beləliklə, AUKUS süni intellekt texnologiyalarını sınaqdan keçirir. Alyans sürətlə təkmilləşən texnologiyalardan tezliklə istifadə etməyə başlayacaq. AUKUS alyansının müasir texnolgiyalara yiyələnməsi və bu texnologiyaları bölgədə testdən keçirməyə başlaması Çin və Rusiyanı ciddi narahat edir. Rusiya və Çin AUKUS alyansına qarşı bölgədə hərbi təlimlərin sayını artırıblar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının Avstraliyaya öz hərbi infrastrukturunu təşviq etməsinə diqqət çəkib. O qeyd edib ki, AUKUS ölkələri layihə çərçivəsində Cənub-Şərqi Asiya regionunda nüvə silahı yerləşdirib və bununla da bütün regionun təhlükəsizliyi üçün risk yaradır. ABŞ-ın bu bölgədə xeyli hərbi bazaya malik olması sirr deyil və bu bazalarda nüvə başlığı daşıya bilən raketlər yerləşdirilib. Çin və Rusiya buna qarşı öz aralarında ittifaqı gücləndirsələr də, ABŞ bölgədəki çoxsaylı müttəfiqləri və tərəfdaşları vasitəsilə hərbi konfiqurasiyasını istədiyi şəkildə formalaşdırmaq imkanına malikdir.