
10 vəzifəli həbs edilib
Baş Prokurorluq əməliyyat keçirdi
Baş Prokurorluq əməliyyat keçirdi
258 nəfərin vətəndaşlığı ləğv olunub
Baş Prokurorluq gülləbaran xəbərini təkzib etdi
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
DİN və Baş Prokurorluğa siyahı göndərilib
Mədət Quliyevin casuslarla bağlı açıqlamasının pərdəarxası
Mədət Quliyev ordudakı xainlər barədə danışdı
Azərbaycandakı erməni şəbəkəsini «Mossad» ifşa edib?
«... Sonra vətən xaininə çevrilirlər»
İlham İsmayıl: «Naxçıvandan-Qazaxadək böyük bir xəttdə tamamilə yerləri dəyişdirilməlidir»
Ermənistan və Azərbaycanın bir qrup hərbçisi Bakıda teraktlar hazırlayırdı
«Onları Eldar Mahmudovun və Səfər Əbiyevin dövründə ələ alıblar...»
Erməni kəşfiyyatına çalışan böyük bir şəbəkə aşkarlandı
İşçilər Anar Cəlilovdan şikayət edib
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının və Kəlbəcər rayon Təhsil şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
«Axar.az»a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhəmməd Bağırovun qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq müxtəlif dövrlərdə 30-dan artıq şəxsi saxta diplomlar əsasında şöbənin tabeliyində olan ayrı-ayrı ümumtəhsil məktəblərinə işə qəbul etməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hazırda cinayət işi üzrə rayon təhsil şöbəsinin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.