
Tramp xəta adlandırdı
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Ukrayna Prezidenti Vladimir Zelenskinin Amerika Birləşmiş Ştatlarına səfərinin və burada keçirdiyi görüşlərinin bir neçə hədəfi var.
Birincisi, Zelenski Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında çıxışıyla beynəlxalq aləmə Kiyevin müharibənin dayandırılmasının yollarını izah edəcək. Zelenski bəyan etdiyi “Sülh planı”nın detallarını açıqlamasa da, söhbətin Rusiyanın işğalına son qoyulmasından gedir. Bu isə müharibənin davamı deməkdir. Zelenskinin ABŞ-a səfəri davam edərkən, Rusiya ordusu Ukraynanın şərqində işğalı genişləndirməyə çalışır. Buna baxmayaraq, Ukrayna Prezidenti optimistdir. Misal üçün Vladimir Zelenski ABC televiziya kanalına müsahibəsində “müharibənin sonu çoxlarının düşündüyündən daha yaxındır" ifadəsini işlədib. Yəni Zelenski ölkəsinin ərazi bütövlüyünü təmin edəcəyinə əminlik ifadə edib. Ancaq bunun üçün Qərb ölkələri Ukraynaya maliyyə və hərbi yardımı davam etdirməlidirlər.
İkincisi, Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşdə Ağ Ev sahibini inandırmağa çalışacaq ki, Vaşinqton Ukrayna ordusunun Amerika raketləri ilə Rusiyanın içərilərinə doğru zərbə endirməsinə icazə versin. Prinsip etibarilə Bayden administrasiyası müsbət qərar verməyə yaxındır. Avropa ölkələrindən Böyük Britaniya və Niderland Ukraynaya təqdim etdikləri silahlardan Rusiyanın içərilərinə doğru zərbələr endirməsinə icazə veriblər.
Zelenskinin ABŞ səfəri zamanı üçüncü missiyası da var. O prezidentliyə namizədlər – Kamala Haris və Donald Trampla görüşəcək. Zelenskinin bu görüşlərdə əsas məqsədi bu iki namizəddən hər hansı birinin qələbə çalacağı halda Ağ Evin yeni sahibinin Ukraynaya hərbi yardımı dayandırmamasıdır. Kamala Harrsilə bağlı ciddi problem olmamalıdır. O Baydenin xarici və təhlükəsizlik siyasətini davam etdirəcək. Əsas təhlükə Donald Trampla bağlıdır. O Ağ Evə sahib olacağı təqdirdə Ukraynaya maliyyə və hərbi dəstəyin dayandırlacağını vəd edib. Zelenski Trampı bu yanlış addımdan çəkindirməyə çalışacaq. Əlbəttə, Tramp Zelenskini dinləyəcək, ancaq onun mövqeyini dəyişəcəyini söyləmək çətindir. Bir müddət əvvəlki açıqlamasında Zelenskini “dilənçi” adlandıran Tramp ölkəsinin Avropadakı müharibəyə pul xərcləməyin əleyhinədir.
Vladimir Zelenski ABŞ-da ikən başqa ikitərəfli görüşlər də keçirib. Zelenski Hindistanın baş naziri Narendra Modi ilə bir ay ərzində ikinci dəfə görüşüb. Modi də Zelenski kimi BMT Baş Assambleyasının sessiyasında iştirak edir. Modi Zelenski ilə görüşdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsi prinsiplərinin qorunmasında gələcək əməkdaşlığa hazır olduğunu bir daha bəyan edib. Zelenski və Modi bununla bağlı daha sıx ikitərəfli dialoqun aparılmasının məqsədəuyğunluğu barədə razılığa gəliblər. Modi Hindistanın sülhün tez bir zamanda qaytarılmasına kömək etmək üçün bütün mümkün yollarla töhfə verməyə hazır olduğunu bir daha bəyan edib. Ukrayna ilə bağlı ikinci Sülh sammtinin Hindistanda keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Zelenski İkinci sammitə Rusiyanın dəvət edilməsini mümkünlüyünü vurğulasa da, Kreml bu sammitdə iştirak etməyəcəyini bəri başdan bəyan edib.
“Atlas” Araşdırmalar Mərkəzi