Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
10:52 | 25 yanvar 2025 | Şənbə
Məqaləyə 479 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
ABŞ Prezidenti Donald Tramp bir tərəfdən ölkəsinin xərclərini azaltmaq istəyir, digər tərəfdən süni intellekt infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyacağını bəyan edib. Söhbət “Stargate” adlandırılan layihədən gedir. Bu layihəyə bir neçə iri şirkət cəlb olunub. “Bu monumental layihə Amerikanın yeni Prezidentinin rəhbərlik potensialına inamın güclü ifadəsidir” deyən Tramp bu layihənin icrası üçün gərəkən infrastruktur yaradılacağını deyib. Layihı üçün əlavə kampuslar tikilməlidir və bu məqsədlə Texasda tikinti işləri artıq başlanıb. Əslində Amerikada texnoloji şirkətlər Kaliforniya ştatında yerləşir. Texas texnoloji investisiyalar üçün yeni məkana çevrilməlidir.
Bu arada, Trampın yaxın tərəfdarı “X” sosial platformasının sahibi milyarder İlon Maskın Çin tətbiqi “TikTok”u satın almaq imkanını nəzərdən keçirməyə hazır olduğu bildirilib. Tramp bu ideyanı dəstəkləyir. Hələliksə, Ağ Evin yeni sahibi bütün diqqətini yeni layihəyə yönəldib. Tramp layihənin icrasına dərhal başlamaq istəyir. “Layihənin icrasında dərhal başlamaq lazımdır” deyən Tramp “Stargate” vasitəsilə virtual infrastruktur qurmaq və nəhəng məlumat mərkəzlərinin tikintisini nəzərdə tutub. Müxtəlif hesablamalara görə, yeni layihə təxminən 100 min yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir.
Tramp yeni layihə vasitəsilə Çin texnoloji sahədə sıxışdırmağı da planlaşdırır. “Çin bizim rəqibimizdir” deyən Ağ Ev sahibi Pekini qabaqlamağa çalışır. Məlumdur ki, Çin də texnoloji sahələrə investisiyaların həcmini ildən-ilə artırır. Aparıcı dövlətlər süni intellekt bazarında fəallaşıblar. Çində süni intellektin bazar dəyərinin 2026-cı ilə qədər 26,44 milyard ABŞ dollarına çatacağı gözlənilir. Mütəxəssislərin fikrincə, süni intellekt bazarına ayrılan xərclərin 14,75 milyard ABŞ dollarına çatacağı və bunun dünya ümumi həcminin təxminən 10 faizini təşkil edəcəyi təxmin edilir. Tramp bu səbəbdən bu bazarda ölkəsini irəli çıxarmağa çalışır.