Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:28 | 23 fevral 2025 | Bazar
Məqaləyə 391 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Donald Tramp uzun illərdir ABŞ-ın strateji müttəfiqi hesab olunan Böyük Britaniyaya da etibar etmir. Trampın sağ əli olan İlon Mask Böyük Britanyanın baş nazri Keyr Starmerin ünvanına təhqiramiz fikirlər söyləyib.
Amerikalı milyarder Starmeri ABŞ-da Prezident seçkilərinə müdaxilə etməkdən və Londonun bu məqsədlə Vaşinqtona agentlər göndərməkdən tutmuş onu asiyalı miqrantların kütləvi zorlanmasında iştiraka qədər cinayətlərdə ittiham edib. “Starmer mühakimə olunmalıdır” deyən Mask Böyük Britaniyanın baş nazirinin istefa verməsi vacibliyini bildirib. İlon Mask Böyük Britaniyanın radikal sağçı “Reform UK” partiyasının lideri Naycel Faracı dəstəklədiyini və onun partiyasını maliyyələşdirəcəyini gizlətməyib. Doğrudur, Naycel Farac vaxtilə ölkəsinin Avropa İttifaqından çıxmasına nail olsa da, onun Böyük Britaniyada elə böyük nüfuzu yoxdur. Buna baxmayaraq, İlon Mask başqa ölkənin daxili işlərinə qarışmaqda, liderini aşağılamaqda və başqa ölkənin partiyasını maliyyələşdirməklə qanun pozunsutuna yol verməkdə qəbahət görmür. Necə ki, Mask Almaniyanın daxili işlərinə qarışaraq bu ölkənin ifrat sağçı Almaniya üçün Alternativ Partiyasını dəstəkləməyi lazım bilib.
Keyr Starmer Vaşinqtondan onun ünvanına səslənən ittihamlara sərt cavab vermək istəmir, yəqin düşünür ki, belə edərsə ABŞ-Böyük Britaniya ittifaqının sonunu yaxınlaşdıra bilər. Ancaq məsələ burasındadır ki, bu ittifaq Tramp və onun yaxın ətrafını artıq düşündürmür. Tramp Ukrayna Prezidentinə ultimativ tələblər irəli sürərkən, Starmer Kiyevlə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb, Rusiya ilə mübarizəni davam etdirmək üçün Vladimir Zelenskiyə siyasi, hərbi və maliyyə dəstəyini artırıb. Aydındır ki, Starmerin bu siyasəti Trampın xoşuna bilməyib. Ağ Ev sahibi bundan çıxış edərək daha bir ənənəni pozaraq ilk xarici səfərini Böyük Britaniyaya deyil, Səudiyyə Ərəbistanına reallaşdırmaq istəyir. Çünki, Səudiyyə Ərəbistanı ABŞ-dan 450 milyard dollar mal almağa razılaşıb.