
28 metrlik lüks yaxta külə döndü
3 milyonluq “Da Vinçi” batsa da ekipaj xilas edildi
3 milyonluq “Da Vinçi” batsa da ekipaj xilas edildi
Trampın gömrük tarifləri 6.25 milyardlıq layihəni dayandırdı
Yanğınlar necə başladı, son vəziyyət necədir?
İspaniya 5 faizlik xərcləmə planını rədd edir
Son zamanların ən böyük xəzinəsi iki ölkəni üz-üzə qoydu
İspaniyanın sosialist hökuməti NATO böhranı ilə üz-üzədir
Bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəni keçib
Hollandiyada vətəndaşlara nağd pul şağırışı
Yanukoviçin köməkçisi, Avromaydan repressiyalarını əsas fiquru zənginlər qəsəbəsində güllələnib
Elektrik kəsintisindən sonrakı telefon qəzası ölkədə təlaşları artırıb
Qırmızı işıqda makiyaj etməklə təhlükəsizlik kəmərii taxmamağın cəriməsi eyni oldu
Bir həftə ərzində iki dəfə 10,000-dən çox sərnişini yollarda qalıb
İspaniyada elektrik qiymətləri 10 dəfəyə yaxın artdı
Elektrik böhranı Avropaya yayıldı
Ordu küçələrə çıxdı, Avropa ölkələri panikada
Üç ölkədə elektrik enerjisi kəsildi
Bu mövsüm İspaniya La Liqası və Çempionlar Liqasında uğurlu çıxış edən Madridin «Atletiko» klubu Azərbaycan hökumətinin nümayəndələrinə və futbol qurumlarının rəhbərlərinə üzərində «Land of fire Azerbaijan» sözləri yazılan formalar göndərib.
Bu haqda Qol.Az saytına «Bakı» klubunun icraçı direktoru Yaşar Seyidov məlumat verib.
«Atletiko»nun rəhbərliyi son vaxtlar komandanın gərgin təqvimdə oynamasına baxmayaraq, Azərbaycanla uğurlu əməkdaşlığa sadiqliyini və ehtiramını nümayiş etdirir. Bunun nəticəsidir ki, artıq bu gün hədiyyə olaraq, bir neçə forma ölkəmizə göndərilib» – deyə o vurğulayıb.
Qeyd edək ki, «Atletiko» tərəfindən formalar hər birinə bir ədəd olmaqla gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev, eləcə də ölkəmizin futbol qurumlarının rəhbərləri - Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədovun adına göndərilib.
Y.Seyidov yaxın vaxtlarda «Bakı» klubu rəhbərliyinin formaları adları çəkilən şəxslərə təqdim edəcəyini deyib.
Xatırladaq ki, 2013-cü ildən başlayaraq, «Bakı» klubunun prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə «Atletiko» İspaniya çempionatı və Avropa kuboklarının oyunlarına üzərində «Land of fire Azerbaijan» sözləri yazılan formalarla çıxır.