
«Telman İsmayılov razılaşmadı»
«Hoteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur»
«Hoteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur»
«ÜAK məsələsində əngəllər törədən, rusun, erməninin dəyirmanına su tökən adamlar var» - Abbas Abbasov və ...?!
Lujkov: «Telmana demişdim, bu bazarı bağla...»
Rusiyalı oliqarxların başı dərddə, ABŞ-ın da öldürücü sanksiyaları gəlir
«AST Telman« siyasi sığınacaq əvəzində kompromat təklif etdi
Telman İsmayılovu Daşkənddə görüblər
Telman İsmayılov məşhur müğənnini öldürmək istəyirmiş?
Rusiyanın xarici kəşfiyyat şefinə Azərbaycan şərabı?!
Vəkil: «Onu heç kim heç yerə çağırmayıb»
Azərbaycan kökənli milyarder iş adamı qatilmi? Beynəlxalq axtarışa verilən Telman İsmayılov harada gizlənir?..
Lujkov: «Telman İsmayılov adam öldürən deyil»
Müflis azərbaycanlı oliqarxın əmlakı hərraca çıxarılır...
Rusiya prezidentinin Xəzər regionundakı yeni nümayəndəsi ilə fotolarını yaymaq nəyə işarədir?
Telman İsmayılovun daha bir şirkəti bankrot oldu
Telman İsmayılovun oğlu arvadını öldürmək istəyib
Abdulatipovdan sonra baş nazirin sabiq müavininin də qonşu respublikadakı biznesi sıxışdırılacaq...
Teleaparıcı İlham Mirzəyevin həbsi ilə bağlı yeni iddia ortaya çıxıb. İlham Mirzəyevlə bağlı araşdırma yazıların müəllifi olan «Xalq qəzeti»nin yazarı İttifaq Mirzəbəyli öz Facebook statusunda teleaparıcının AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov və baş nazirin keçmiş müavini Abbas Abbasovla əlaqələrinin olduğunu yazıb. Qeyd edək ki, rəsmi qurumlar İlham Mirzəyevin falçılıqla məşğul olduğunu və bir sıra insanları aıdadaraq dələduzluqla məşğul olduğunu bildiriblər.
İ.Mirzəbəyli statusunda yazır ki, İlham Mirzəyevi yerində saxlayan adamlardan biri ötənilki prezident seçkilərindən əvvəl Moskvadan İstanbula gələrək, Azərbaycandakı siyasi vəziyyətə müdaxilə etmək barədə plan hazırlanmasında iştirak edib. İndi həmin məsələnin detalları araşdırılır: «Detal isə çox pis şeydir».
Bu informasiya qarşılığında prezident seçkilərindən öncə İlham Mirzəyevin Türkiyədə - Antalya və İstanbulda - dincəlməsi və «AST» Telmandan qiymətli hədiyyələr alması xəbəri gündəmə gəlir.
Həmin ərəfədə mediaya açıqlama verən İlham Mirzəyev Türkiyə istirahətindən danışarkən, Antalyada «Mardan Palace»da dincəldiyini təsdiqləyir: «Antalyada «Mardan Palace»da 10 gün həm dincəldim, həm də müalicə aldım. Gündüzlər bir neçə saat Antalyada xəstəxanada müalicə alırdım. Günün qalan hissəsini ailəmlə birlikdə dincəlirdim. 10 gün Antalyada qaldıqdan sonra İstanbula gəldim və daha 5 gün Hilton oteldə dincəldik». İlham Mirzəyev ANS-ə verdiyi açıqlamada istirahət etdiyi otelin sahibi, azərbaycanlı biznesmen Telman İsmayılovdan böyük diqqət və hörmət gördüyünü də demişdi: «Nə yaxşı ki, bu dünyada yaxşı insanlar var. Telman bəy mənim orada dincəldiyimdən xəbər tutduqda öz diqqət və qayğısını bizdən əsirgəmədi. Otelində qaldığım müddətdə dünyanın dörd tərəfindən orada dincəlməyə gəlmiş azərbaycanlılarla görüşlərim təşkil edildi».
İlham Mirzəyevlə Telman İsmayılovun arasında yüksək münasibətlərin olduğunu təsdiqləyən digər fakt isə teleaparıcıya qızıl və gümüşlə işlənmiş əl işi olan Müqəddəs Quran kitabı və «Mardan Palace»ın leybllı qızıl əqrəb bağışlanmasıdır. Hündürlüyü 40 sm, eni 20 sm ölçülü qızıl əqrəbin çəkisi təxminən 500 qramdır: «Telman İsmayılov mənə belə bir gözəl hədiyyəni etdi. Bu Quranın qiyməti yoxdur. Çünki əl işidir və kitabın öz üzəri əl işi ilə qızıl və gümüşlə işlənib, vərəqləri qızıl suyuna salınıb. Qabı bütünlüklə qızıl və gümüşdən ibarətdir. Xüsusi olaraq hazırlanmış bu müqəddəs kitabın qiyməti yoxdur».
Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlı olması ilə bağlı ciddi iradlarla qarşılanan və İlham Mirzəyevin işdə saxlanılmasının əsas səbəbkarı sayılan Telman İsmayılov və Abbas Abbasovun prezident seçkilərindən əvvəl Türkiyədə olmaları və həmin ərəfədə İlham Mirzəyevin “Mardan Palace”də dincəlməsi elə belədirmi? («Axar.az»)