vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
Nurçu ovu başladı 23:38 | 12 aprel 2014 | Şənbə Məqaləyə 3026 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nurçu ovu başladı

30 nəfərdən çox insan tutularaq polis maşınları ilə naməlum istiqamətlərə aparılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün saat 22.00 radələrində Bakının Yasamal rayonunda «İnşaatçılar» metrosu olan ərazidə, Şərifzadə-Talıblı, Xıdır Mustafayev küçələrinin kəsişməsində, «Capsella» mağazasının yaxınlığında 2 mərtəbəli yaşayış evində Yasamal rayon polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində 30 nəfərdən çox insan tutularaq polis maşınları ilə naməlum istiqamətlərə aparılıb.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının o ərazidə yaşayan sakinlərdən öyrəndiyi məlumata görə, çox böyük ehtimalla tutulanlar nurçular olub. Onların yaşadıqları mənzillərdən xeyli sayda dini kitablar da müsadirə edilib.

Gecə vaxtı olduğundan hadisənin təfərrüatları barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat öyrənə bilmədik.

Yasamal rayon polis idarəsinin növbətçisi isə baş verən hadisəni təsdiq etmədi. Ancaq əməkdaşımızın verdiyi məlumatların və hadisə yerindən qaranlıqda çəkdiyi şəkillərin doğruluğunu nəzərə alaraq materialı dərc etmək qərarına gəldik.

Hadisənin növbəti gedişatı haqda məlumat verəcəyik.