Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
10:40 | 17 mart 2025 | Bazar ertəsi
Məqaləyə 432 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Maykl Volts bu həftə Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev ilə regiondakı vəziyyəti müzakirə etdiyini bildirib.
“Biz şadıq ki, Azərbaycan və Ermənistan irəliyə doğru böyük addım ataraq sülh müqaviləsi barədə razılığa gəliblər. Mən ona dedim ki, biz bu sülh sazişini indi yekunlaşdırmalı, məhbusları azad etməli və regionu daha təhlükəsiz və firavan etmək üçün birlikdə çalışmalıyıq.
Amerikanın Qızıl Dövrü dünyaya sülh və rifah gətirəcək və bu reallığa çevrilənə qədər işimizi dayandırmayacağıq”, – ABŞ prezidentinin müşaviri “X” sosial platformasında yazıb.
***
Son bir neçə gündə dinamik və bol xəbər axını Ermənistan üçün həm siyasi, həm də müqayisəli mənada maraqlı ola biləcək bir hadisəyə diqqəti cəlb etməyə imkan vermədi.
Bu barədə erməni siyasi şərhçi Akop Badalyanın “Telegram” kanalında yazıb.
O bildirib ki, martın 10-12-də Özbəkistan Prezidenti Şövkət Mirziyayev Parisdə dövlət səfərində olub, Fransa ilə Özbəkistan arasında strateji tərəfdaşlıq barədə razılıq əldə olunub. 2023-cü ilin noyabrında isə Fransa Prezidenti Makron Qazaxıstana rəsmi səfər edib: “Qazaxıstan və Özbəkistan böyük uran istehsalçılarıdır. Fransa isə xüsusilə Afrikada öz mövqeyini itirəndən sonra yeni mənbələr axtarmağa çalışır.
Diqqətinizi Özbəkistana yönəltmək istərdim: “Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvüdür”.
Məsələ burasındadır ki, Fransa Orta Asiyadan Avropaya nəqliyyat logistikasını necə təsəvvür edir? Mirziyayevin səfəri zamanı 6,5 milyard avro dəyərində investisiya layihələri paketi hazırlanıb və ümumilikdə Fransa-Özbəkistanın birgə investisiya paketi 12 milyard avronu keçib.
Bu, Ermənistanla bağlı “müqayisə” üçün bir fürsətdir, burada Ermənistan-Fransa münasibətləri ilə bağlı bir-birindən təsirli çıxışlar və hətta sağlıqlar demək olar. Təbii ki, Ermənistanın Fransadan müdafiə alışı etməsi yaxşıdır. Ancaq dövlətlərarası münasibətlərin həqiqi dərinliyi və yaxınlığı investisiya proqramları və onların intensivliyi ilə ölçülür”, – Akop Badalyan yazıb.