
ŞƏT-in dalınca düşməkdənsə...
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
TDT-nin Media Şöbəsi mətbuat və media qurumlarının nümayəndələri bir araya gəlib
Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
(İkinci yazı)
Alqışa layiq təşəbbüslər
“Tədarüküm etdiyimiz məhsullarda qardaş ölkələrə üstünlük verəcəyik”
“Türk Dünyası Xartiyası” türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivədir
Rusiyada böyük türk hərəkatı ideyası
Azərbaycan 1000 illik türk hakimiyyətinin varisidir
Rusiya, Çin və İran isə...
İsti başla yox, soyuq ağılla verilən qərar
Ərəb dövlətlərinin qəbul etmədiyi Ankara Türküstanı özündən uzaqlaşdırıb
Səlibçilik dünya demokratiyasına təhdiddir
Çin və Rusiyaya baxanda Avropa Birliyi daha az ziyanlıdır
Mərkəzi Asiya ölkələri TDT-dən iqtisadi fayda, Avropadan siyasi qazanc güdür
Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri Emoməli Rəhmon, Sadır Japarov və Şavkat Mirziyoyevin üç respublikanın sərhədlərinin qovuşma nöqtəsinə dair saziş imzalamaları heç şübhəsiz ki, son günlərin ən önəmli hadisələrindən biridir.
Bu saziş uzun sürən danışıqlardan sonra ərsəyə gəlib. Son 30 ildə sözügedən üç respublika arasında dəfələrlə sərhəd toqquşmaları, milli-etnik zəmində münaqişələr baş verib. Həmin toqquşmaların, münaqişələrin “ssenari”si heç şübhəsiz ki, Kremldə cızılırdı.
Lakin şükürlər olsun ki, bu üç qonşu ölkə Rusiyanın cızdığı çərçivələri aşmağı və öz aralarında ortaq məxrəcə gəlib sərhəd ixtilaflarını birdəfəlik yoluna qoymağı bacardı.
Qeyd edək ki, imzalanma mərasimi Tacikistanın şimalındakı Soqd vilayətinin inzibati mərkəzi olan tarixi Xocənd şəhərində dövlət başçılarının görüşü çərçivəsində baş tutub.
Görüşün sonunda liderlər, həmçinin, “Əbədi dostluq haqqında” Xocənd Bəyannaməsini də imzalayıblar.
Beləliklə, Türküstanın ən yeni tarixində BÖYÜK SÜLH səhifəsi açılır.