“Olduqca darıxdırıcıydı”
Məşhur aktyordan “Harri Potter” etirafı: “Yeni film gəlir”

Yeni “Harri Potter” serialının ilk aktyor heyəti rəsmən açıqlanıb. Nik Frost tamaşaçıların qarşısına Rubeus Haqrid kimi çıxacaq. Canet MakTir professor Minerva MakQonagall, Paapa Essidu isə Severus Sneyp rolunu canlandıracaq. Hər üç aktyorun son həftələrdə prodüserlərlə görüşləri olduğu bildirilirdi.
Aktyor heyətinə qoşulan başqa bir ad “The Fast Show” və “Harry & Paul” kimi istehsallarla tanınan ulduzu Pol Uaythausdur. Uaythaus Arqus Filç roluna həyat verəcək.
Digər tərəfdən, Con Laytqounun serialda Albus Dambldor kimi görünəcəyi daha əvvəl təsdiqlənmişdi.
Serialın çəkilişlərinə bu yay başlamaq planlaşdırılır. İlk sezonun gələn ilin əvvəlində tamaşaçıların görüşünə gələcəyi ehtimal edilir. Digər tərəfdən Harri Potter, Ron Uizli və Hermiona Qreyncer obrazlarını canlandıracaq adlar hələ açıqlanmayıb.