
Dul kişinin iztirabları
Səxavət Sahil: «Qadınsız, yalavac it kimidir...»
Səxavət Sahil: «Qadınsız, yalavac it kimidir...»
... Yaxud nəşriyyat niyə barometr ola bilmir?
Və yaxud «mən sənə hansısa kitabı yazmaq üçün sifariş verməmişəm»
... və ya qanlı olaylardan daman qan damlaları ilə yazılan əsərlər
Bu dəfə Dostoyevski, Heminquey, Dirie, Dobelli və Sənii - oxuyun, ləzzət alın
«New York Times»ın ən yaxşı bestseller saydığı məşhur kitab Azərbaycan dilində
Freyd ədəbiyyatının pik nöqtəsi - «Yuxuların yozumu» Azərbaycan dilində
«Qanun» nəşriyyatı bu dəfə dünya klassiklərinə müraciət edib
«Bizim «məlahətli», «poetik» dilimiz danışıqlarda gözə dəymir»
Şahbaz Xuduoğlu bütün qələm əhlini dəvət edir
«Vergi kitabı boğmaq üçün deyil!»
«Qanun» nəşriyyatı 150 min manat cərimə edilib
«Qanun» nəşriyyatı 150 min manat cərimə edilib
«Qanun» «Ən yeni ədəbiyyat» silsiləsinə müraciət edib. Nəşriyyat bu dəfə yerli yazıçılardan Səxavət Sahilin yeni romanını çap edib.
Roman haqda qısa olaraq deyə bilərik ki, əsərin qəhrəmanı əyalətdən şəhərə xilas olmağa gəlsə də, həyatın gözlənilməz hadisələri ilə üzləşir. İsa peyğəmbərin həyatına daxil olması düşüncələrini dəyişdirib gələcəyə inanmasına stimul verir. Özünü seçilmiş, məsih adlandırması isə ətrafındakılara qeyri-ciddi görünür, gülüş hədəfi olur. Geciksə də, «Təzə avtovağzal» ərazisindəki kəsilən şam ağaclarının şahidi olur, məsihlik qismətinin bir addımlığında durur. Həbsxanadakı cinsi istismar təkliflərinə yox deyib işgəncələrə, əzablara məruz qalır. Gördüyü dəhşətlər, yaşadığı acılar psixoloji durumuna təsir etsə də, inamını itirmir.
Müəllif mətnə real hadisələrlə yanaşı, təxəyyüldən doğan süjetlər əlavə etməklə obrazın xarakterini açmağa çalışıb. «İsanın qadını» ilə antik yunan və dini-mistik mətnləri arasında paralellər aparanda romanın «ikinci nəfəsi» açılır, qaranlıq mətləblər aydın olur.
Kitabın redaktoru Kənan Hacıdır.