
Kral ailəsi ölkədəki qocalmadan narahatdır
Yaponiya şahzadəsi Hisahito ilk dəfə mətbuat konfransını keçirib
Yaponiya şahzadəsi Hisahito ilk dəfə mətbuat konfransını keçirib
Qocaların qayğısına süni intellekt qalacaq
Ölkədə yeni doğulanların sayı 9-cu ildir ardıcıl olaraq azalır
100 yaşdan yuxarı əhalinin sayında rekord artım
Solo nikaha girdi, yola getməyib boşandı
Kəndə köçüb uşaq dünyaya gətirəcək qadınlara 7 min manat mükafat vəd edilirdi
Hökumət gənclər arasında evliliklə bağlı təbliğat və təşviqat işlərini gücləndirib
“Erkən nikahlar sağlam gələcəyə ciddi əngəldir”
Əldə olunan məvacib xadimələrin əməhaqqına əlavə olunacaq
Nişan üzüyünü aldığın qiyməti açıqla, deyim necə adamsan...
Türkiyəli bəylə azərbaycanlı gəlinin orijinal evliliyi
«Evlilik iki biznes partnyorunun münasibətlərini xatırladır»
Azərbaycanlılar neçə yaşında boşanır?
Kişilərin 55 faizi, qadınlarınsa 68 faizi ...
Amma boşanmaların da sayı artıb
«Qanun»un «Ən yeni ədəbiyyat» silsiləsində yeni nəşri
15.04.15 - Səxavət Sahil: «Qadınsız, yalavac it kimidir...»...
Boşanmaq istəyən qadınlara həsr olunur
1.
Boşanan kimi, elə həmin gün
yəni məhkəmədən çıxıb bir baş evə gəldim.
Bir az darıxdım, o da səndən çox
tək qalmağın darıxmaqlığıydı.
Vecimə almadım, öz-özümə qürurlandım –
azad olmuşdum qayğılardan
ən çox da sənin ucuz tənələrindən.
Sonra getdim dostlarla araq içməyə
olan-qalan nəyin varsa tamam unutmağa.
2.
Bir həftə ütüləyib yığdığın köynəkləri geydim,
yuyub qoyduğun boşqabları kirlədim,
yan-yana asdığın dəsmallarda sildim üzümü
təmiz çaşkalarda dəmlədim birdəfəlik çayları –
ayrılmağın ləzzətini çıxarırdım hər şeydən.
3.
İkinci həftə üşüyürdüm – qızdıra bilmirdim otaqları
divarlar buz “qoxuyurdu”,
yadırğamışdım istiotlu qazan yeməklərini
kolbasa qoxusu “zəbt eləmişdi” soyuducumu.
Üzüm gəlmirdi evə tez gəlməyə -
Gecəyarı qaranlıq otaqda soyuq yatağa girirdim.
4.
Ayrılığı çaşkanın kirdən saralan rəngində gördüm,
qadınsızlığı ağ köynəklərin qaralmış boynunda tapdım,
boşanmağı sidik qoxusu gələn alt paltarımda hiss elədim,
tər “ətirli” corablar qalaqlanırdı küncdə,
toz qatı qar kimi ağarırdı televizorun üzündə.
5.
Məhkəmədən aldığım boşanma arayışını
bilmirdim hara qoyum - ən azı yüz dəfə dəyişmişdim yerini.
Cehiz gətirdiyin “xrustallar”la qorxurdum üz-üzə gəlməyə
əksimi görəndə utana bilmirdim,
servantda düzdüyün nimçələr
dövlət ittihamçısı kimi üzümə dururdu.
Hər axşam qayıdanda
cinayət yerinə gətirilən qatil sayırdım özümü,
evdəki bütün güzgülərin üzünü bağlamışdım.
6.
Sən demə həyat daha çox qadınmış
faizlə götürəndə 70-in 30-a.
Qadınsız, qışda küçələri dolaşan
yalavac it kimidir kişilər,
öldürər təkliyin şaxtası bir gün,
öldürər, qoymaz çıxa yaza.