Araqçı xain elan edildi
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
10:11 | 22 may 2025 | Cümə axşamı
Məqaləyə 196 dəfə baxılıb
Şriftin ölçüsü
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən silahlı hücumda İsrailin Vaşinqtondakı səfirliyində işləyən iki nəfərin həlak olduğu bildirilir.
ABŞ-ın paytaxtı Vaşinqtondakı Holokost Muzeyində “Fələstinə Azadlıq!” şüarı səsləndirən şəxs İsrail konsulluğunun iki əməkdaşını güllələyib.
Konsulluğun əməkdaşları hadisə yerində ölüb, hücum edən 30 yaşlı Elias Rodriqez isə polis tərəfindən saxlanılıb.
Qatilin “Xalq Müqaviməti Konqresi” adlı solçu təşkilatın üzvü olduğu bildirilirdi. Lakin təşkilat silahlı terror təşkilatı kimi qeydiyyata alınmayıb.
ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem “X” hesabında verdiyi açıqlamada səfirliyin iki əməkdaşının Vaşinqtondakı Yəhudi Muzeyi yaxınlığında “məntiqsizcə” öldürüldüyünü təsdiqləyib.
Hadisənin araşdırıldığını bildirən Noem, “Bu amansız cinayətkarı ədalət qarşısında cavab verəcək”, – deyib.
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patel də “X”də verdiyi açıqlamada atışmanın FTB-nin Vaşinqton Sahə Bölməsi yaxınlığında baş verdiyini deyib.
Hadisəyə müdaxilə etmək üçün polislə birlikdə çalışdıqlarını ifadə edən Patel ictimaiyyəti məlumatlandırmaqda davam edəcəklərini açıqlayıb.
Şübhəli Saxlanıldı
İsrailin “Haaretz” qəzetinin məlumatına görə, hücum zamanı muzeydə Amerika Yəhudi Komitəsinin Gənc Diplomatlar qəbulu olub.
ABŞ mətbuatına əks olunan xəbərlərdə bir şübhəlinin nəzarətdə olduğu bildirilib. Vaşinqton polis rəisi Pamela Smit, hadisə başlamazdan əvvəl muzeyin qarşısında gəzərkən görülən tək bir şübhəlinin nəzarətə alındığını söyləyib.
Smit hücumçunun 30 yaşlı Elias Rodriqez olduğunu təsdiqləyib. Rodrigezin saxlanıldığını bildirən Smit, şübhəlinin saxlanıldıqdan sonra “Fələstini azad edin” qışqırdığını bildirib.
FTB Sahə Bürosu və Ədliyyə Departamentinin məlumatına görə, Şimal-qərbdəki 3-cü küçə və “F” küçəsi ərazisində baş verən atışmada ölənlərdən biri qadın, digəri isə kişi olub.
İsrail səfirliyinin sözçüsü Tal Naim Koen məsələ ilə bağlı açıqlamasında iki səfirliyin əməkdaşının muzeydə yəhudi tədbirinə qatılarkən “yaxın məsafədən” güllələndiyini bildirib.
Hücumdan sonra X hesabında açıqlama verən İsrail Xarici İşlər Naziri Gideon Saar, “İsrail dövlətinin nümayəndələrinin xüsusilə bu dövrdə hər zaman risk altındadır. Hadisə yerinə gedən ABŞ səfirimiz Yeçil Liter ilə danışdım. Amerika səlahiyyətliləri ilə də əlaqə saxlayırıq”, – deyib.
ABŞ prezidenti Donald Tramp da “Truth Social” sosial media platformasındakı paylaşımında, “ABŞ-da açıq-aşkar antisemitizmə əsaslanan bu dəhşətli qətllər indi bitməlidir”, – yazıb.
Tramp həyatını itirənlərin ailələrinə başsağlığı verib: “ABŞ-da nifrət və fundamentalizmin yeri yoxdur... Belə şeylərin baş verməsi çox üzücüdür”.
ABŞ dövlət katibi Marko Rubio da “X” hesabında açıqlama verərək, səlahiyyətlilərin silahlı hücuma görə məsuliyyət daşıyanları izləyib tapacağını bildirərək, “Bu, təkəbbürlü, qorxaq və antisemitizm xarakterli bir zorakılıqdır. Şübhəniz olmasın, məsul olanların izinə düşəcək və onları məsuliyyətə cəlb edəcəyik”, – deyib.