Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
15:12 | 23 may 2025 | Cümə
Məqaləyə 217 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
İsrailin Vaşinqtondakı səfirliyində işləyən iki nəfəri öldürdüyü üçün həbs edilən Elias Rodriqezlə bağlı istintaq davam edir.
İki gün əvvəl paytaxt Vaşinqtonda Yəhudi Muzeyinin qarşısında baş verən hadisədə səfirlikdə işləyən 30 yaşlı İsrail vətəndaşı Yaron Lişinski və səfirlikdə işləyən 26 yaşlı amerikalı Sara Milqrim həyatını itirib.
Vaşinqton Metropoliteninin polis rəisi Pamela Smit atəş açan şəxsin 30 yaşlı Elias Rodriqez olduğunu müəyyən edib. Dünən Çikaqoda şübhəli bilinənlərə qarşı qanuni tədbir görülüb.
Federal Təhlükəsizlik Bürosu (FTB) sənədlərində qətlin hesablanmış və planlı olduğu və təhlükəsizlik kamerası görüntülərində Rodriqezin sözügedən iki şəxsi güllələdiyi göstərildiyi ifadə edildi. Bildirilib ki, şübhəli polis sorğusu zamanı hadisə yerində “Fələstini azad edin” qışqıraraq “Bunu Fələstin üçün, Qəzza üçün etdim” deyib.
“The Wall Street Journal” hesabatında qeyd olunur ki, Rodriqez “kənarda yaşayan biri kimi görünmür”. Bildirilir ki, Çikaqoda İllinoys Universitetində ingilis ədəbiyyatı üzrə təhsil alan gənc həm də Amerika Osteopatik İnformasiya Assosiasiyasında inzibati mütəxəssis kimi çalışır.
Səlahiyyətlilər Rodriqezin bu həftə Vaşinqtona işgüzar konfrans üçün getdiyini və qətldə istifadə olunan 9 mm tapançanı özü ilə apardığını bildirib. Silahın lisenziyalı olduğu bildirilir.
“The New York Times” da Rodriqezin 20 yaşlarında tez-tez işlərini dəyişdiyini yazıb. Bildirilir ki, o, “WikiHow”un yazıçısıdır və “CouponCabin” adlı rəqəmsal kupon şirkətində işləyir.
Rodriqezin atasının ABŞ ordusuna bağlı federal hərbi ehtiyat qüvvəsi olan Ordu Milli Qvardiyasında xidmət etdiyi bildirilir. Bundan əvvəl də orduda əsgər olarkən İraqa göndərildiyi və Rodriqezin də İraq müharibəsi ilə bağlı tənqidi mövqe sərgilədiyi bildirilir.
Elias Rodriqezin 2017-ci ildə ABŞ-da Sosializm və Quruluş Partiyasına (PSL) bağlı Xalq Müqaviməti Konqresi adlı qrupun təşkil etdiyi Vaşinqtonda keçirilən mitinqə qatıldığı və həm İraq müharibəsi, həm də o zamanlar iqtidarda olan Demokratlar əleyhinə paylaşımlar etdiyi bildirilir.
Bildirilir ki, bundan əvvəl o, 2014-cü ildə Çikaqoda polis tərəfindən güllələnərək öldürülən Laquan “McDonald”ın məhkəməsi ilə bağlı PSL mitinqlərində iştirak edib: “Bizim bu silahlı hücumla heç bir əlaqəmiz yoxdur və biz bunu dəstəkləmirik”, – PSL dünən yaydığı açıqlamada bildirib. Rodriqezin 2017-ci ildə partiyadan ayrıldığı bildirilir.
FTB Rodriqezin Çikaqodakı mənzilində də axtarış aparıb və qonşuları ilə danışıb. Təcavüzkarla eyni mərtəbədə yaşayan 71 yaşlı Con Frinin dediyinə görə, Rodriqezin pəncərəsində 2023-cü ildə Çikaqo ətrafında bıçaqlanaraq öldürülən 6 yaşlı Fələstin əsilli amerikalı Vadi Əl-Fayoumun şəkli vardı. Fri qonşusu haqqında, “O, həmişə mehriban idi. Onun qapısının qabağında “Hello Kitty” yazısı var idi. Normal, mehriban bir oğlan kimi görünürdü”, – deyib.