vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 26 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
KİNO-TEATR  
“Film üçün məktub yazın” 14:11 | 25 may 2025 | Bazar Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Film üçün məktub yazın”

Marvel ulduzu pərəstişkarlarına çağırış etdi

MEHİN

Çarli Koksun canlandırdığı Daredevil, Marvel Sinema Kainatında yalnız “Hörümçək Adam: Evə yol yoxdur” filmində bir neçə dəqiqə ekranda göründü. Bununla belə, aktyor hələ də hər yerdə həmin hekayədən danışmağa can atır. Xüsusilə “Daredevil: Born Again”in güclənməyə davam etdiyi bu dövrdə...

Aktyorun canlandırdığı Matt Mardok personajının Marvel Sinema Kainatında rəsmi debütündən və hazırda çəkilən ikinci mövsümdən bəri aldığı müsbət cavabı nəzərə alaraq, Koksa gələcəkdə Daredevilə xas film olub-olmayacağı verilən suala, cavab çox aydın oldu. Aktyorun bu mövzuda məlumatı yoxdur.

“Mən bu barədə soruşulan ən sonuncu adamam” deyə Koks Ekran Aktyorları Gildiyası və Amerika Televiziya və Radio Rəssamları Alyansı (SAG-AFTRA) ilə söhbəti zamanı gülüb.

“Heç bir məlumatım yoxdur. Mən həqiqətən bilmirəm. Böyüklərimizdən soruşmaq lazımdır. Mən heç nə bilmirəm. Və mən əslində heç nə bilməməyi xoşlayıram”.

***

Əlbəttə, məlumdur ki, “Marvel Studios”un Frenk Kastl, yəni “Punisher” və Con Berntalın canlandırdığı Matt Mardock üçün planları var. Mardokun vəkillikdən küçələrin cəsur ədalət aşiqinə qədər uzanan hekayəsinin ikinci mövsümündə Kristen Ritterin Cessika Cons rolunda dönəcəyi daha əvvəl təsdiqlənmişdi. Ritter hətta yeni mövsümə hazırlaşmaq üçün həmkarı ilə birlikdə məşq edirdi.

Çəkiliş meydançasında Marvel istehsalı olan yeni “Punisher” hekayəsi üçün güclü bir komandanın toplandığı deyilir. Bu arada Koks hazırkı vəziyyətdən məmnun olduğunu deyir və Daredevili böyük ekranda görmək istəyən pərəstişkarlarına müraciət edir: “Bircə onu deməliyəm: mən burada olmaqdan çox xoşbəxtəm. Uzunmüddətli bir hekayə danışmaq əladır. Amma nə olacağını bilmirəm. Ona görə də hər kəs məktub yazsın, sadəcə məktub”.

Bu arada xatırlamaq lazımdır ki, Koksun Daredevilin qayıdışı ilə bağlı sirləri saxlamaqda ustadır. Belə ki, hələ solo film layihəsi gündəmdə olmasa da, personajın başqa prodakşnlarda görünmə ehtimalı var. Üstəlik, Kevin Feigenin “Avengers: Doomsday” filminin heyətinin hələ də tamamlanmadığını söyləməsi Daredevilin bu filmə sürpriz şəkildə daxil olması ehtimalını canlı saxlayır.