vaxtlı-vaxtında oxuyun! Cümə, 30 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
OLAY  
Dörd dezodorant təhlükəlidir 09:55 | 29 may 2025 | Cümə axşamı Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dörd dezodorant təhlükəlidir

Azərbaycanda da məşhur mağazanın məhsulu Avropada testi keçməyib

MURAD

Alman istehlakçı təşkilatı “Stiftung Warentest”, bazarda tez-tez tapılan 15 kişi dezodorantını tərləmə və pis qoxuya qarşı effektivliyini yoxladı. “Rossman”, “dm”, “Müller”, “Lidl” və “Aldi” kimi məşhur mağazalar şəbəkəsinin məhsullarının da yer aldığı araşdırma təəccüblü nəticələr ortaya qoydu.

Sınaqlar temperaturu 38 dərəcə və rütubəti 35 faiz olan xüsusi “tər kamerası”nda aparılıb. Məhsulların performansı tərin azaldılması effekti, pis qoxunun qarşısının alınması, istifadə rahatlığı, qablaşdırma dizaynı, ekoloji cəhətdən zərərli maddələrin olub-olmaması və reklam vədlərinin reallığı kimi meyarlara əsasən qiymətləndirilib. Dezodorantların qiyməti 100 ml üçün 0,43-20,26 avro arasında dəyişir.

Test nəticələrinə görə “Seinz. Anti-Transpirant Sport” və “Lidl brendi Cien Men Anti-Transpirant Extra Dry” tam qiymət aldı. Xüsusilə “Lidl” dezodorantı aşağı qiymətə baxmayaraq yüksək performansı ilə seçilirdi. Bu məhsulların tərləməni azaltmaqda və pis qoxunun qarşısını almaqda təsirli olduğu aşkar edilmişdir.

Bununla belə, dörd məhsul testdə “qeyri-kafi” qiymət aldı. “Rossmann's Isana Men Anti-Transpirant Motion Protect”, Müllerin “Aveo Men Sport”, “8x4 Men Wild Oak Anti-Transpirant” və “Aldi's Lacura Men Antitranspirant Sport Defence” dezodorantları tərləmənin qarşısını ala bilməyib. Bəzi məhsulların tərkibində ətraf mühitə zərərli olan silikon komponentlərin olduğu da müəyyən edilib.

Digər tərəfdən istehsalçıların tez-tez məhsullarının qablaşdırmasına daxil etdikləri “48, 72 və hətta 96 saat qoruma” kimi ifadələrin həqiqəti əks etdirmədiyi ortaya çıxıb. “Stiftung Warentest” vurğulayıb ki, bu cür marketinq bəyanatları yalnız istehlakçıya “təhlükəsizlik hissi” vermək məqsədi daşıyır, lakin bu dövrlərə elmi cəhətdən zəmanət vermək olmaz.

Nəticədə istehlakçılara dezodorantları seçərkən təkcə vədlərə deyil, həm də müstəqil test nəticələrinə diqqət yetirmələri tövsiyə olunur.