
Üçgünlük ucuzlaşmadan sonra gələn rahatlıq
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
FED üzvü Loqandan yeni faiz siyasəti çıxışı
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
ABŞ prezidenti Cia Kobun qərarından şikayət etdi
Qiymətli metal ABŞ-da açıqlanacaq inflyasiya göstəricisini gözləyir
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp, hazırda maliyyə naziri olan Skott Bessentin Federal Ehtiyat Sistemi (FED) rəhbəri Cerom Pauellin yerinə təyin edilə biləcəyini, lakin onun hazırkı vəzifəsindəki uğuru səbəbilə ən güclü namizəd olmadığını bildirib.
Tramp bu açıqlamanı çərşənbə axşamı jurnalistlərin suallarını cavablandırarkən verib. Prezidentə Bessentin Pauellin mümkün varisi olub-olmadığı soruşulduqda, cavabı belə olub: “O, bir seçimdir və çox yaxşıdır”.
Jurnalistlərdən biri onun “ən yaxşı seçim” olub-olmadığını dəqiqləşdirmək istədikdə isə Tramp cavabında deyib: “Xeyr, deyil, çünki gördüyü işi bəyənirəm”.
Son aylarda FED rəhbəri Cerom Pauellin əvəzlənməsi ilə bağlı ehtimallar müzakirə edilir. Pauell, son dövrlər faiz siyasətində ehtiyatlı davranması və FED binasının “həddən artıq baha başa gələn” təmiri səbəbilə Trampın tənqid hədəfinə çevrilmişdi.
Bessentin özü nə düşünür?
Skott Bessent də həmin gün “Bloomberg Television”a müsahibəsində bildirib ki, Pauellin rəhbərlik müddəti 2026-cı ilin mayında başa çatdıqda, onun FED-də İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirməsi uyğun olmaz.
“FED-ə rəhbərlik etməyən, amma İdarə Heyətinin üzvü kimi qalan keçmiş sədrin mövcudluğu bazarda çaşqınlıq yarada bilər”, – deyə Bessent bildirib.
“Kölgə FED rəhbəri kimi bir namizədin ortaya çıxması çoxlu spekulyasiyaya səbəb olacaq”.
Yeni ssenarilər: Hassett, Uorş və “sürpriz” namizəd
Məsələ ilə tanış mənbələrin “Bloomberg”ə verdiyi məlumata görə, Pauellin yerinə ən güclü namizəd hazırda ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hassett hesab olunur. Digər iddialı namizəd isə keçmiş FED üzvü Kevin Uorşdur.
Mənbələrin fikrincə, Bessent seçki prosesində müşavir kimi iştirak edir, lakin digər namizədlər razı salmasa, özünün namizədliyi aktuallaşa bilər.
Bütün bu ehtimalların fonunda hazırkı FED üzvü Kristofer Valler isə “sürpriz namizəd” olaraq müzakirə edilir.