Mərkəzi Asiyada Türk birliyi
Azərbaycan region ölkələri dövlət başçılarının məşvərət görüşlərinin tamhüquqlu üzvüdür
19:23 | 11 iyun 2014 | Çərşənbə
Məqaləyə 1437 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan region ölkələri dövlət başçılarının məşvərət görüşlərinin tamhüquqlu üzvüdür
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hafizəmizdən silinməyəcək mənzərə
... zəhərli siyasət
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Kremlin Mariya Zaxarovanı Bakı və İrəvanın üzərinə qısqırtması acı gülüş doğurur...
Rusiyadan Azərbaycana qarşı yeni isteriya başlayıb
Putin səhvlərinin bədəlini ödəməyə hazır olmalıdır
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə məktub göndərib.
Vaxt.az xəbər verir ki, ölkə başçısının təbrik məktubunda qeyd edilir:
«Hörmətli Vladimir Vladimiroviç,
Dövlət bayramınız - Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Bu gün Rusiya Federasiyası sosial-iqtisadi və ictimai-siyasi sahələrdə sanballı uğurlar qazanmış müasir dövlətdir. Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı dəyişikliklər ölkənizin daha da inkişaf etməsinə şərait yaradır.
Xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri müxtəlif sahələrdə ümumi maraqları ehtiva edən uğurlu əlaqələrin möhkəm təməlini təşkil edir.
Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz, çoxplanlı Azərbaycan-Rusiya qarşılıqlı əlaqələri və strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın firavanlığı, regionda sülh və sabitlik naminə bundan sonra da uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uğurlar, dost Rusiya xalqına isə sülh və firavanlıq arzu edirəm».