vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 dekabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
BofA ehtiyat edir 07:03 | 12 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 327 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BofA ehtiyat edir

“FED-in sentyabrda faiz endirməsi riskli addım olar”

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bank of America” (BofA) hesab edir ki, son məşğulluq hesabatından sonra ABŞ Mərkəzi Bankı (FED) növbəti FOMC iclasının sonunda faiz endirimi qərarını təxirə salmaq istəyə bilər.

İqtisadçı Klaudio İriqoyen dünən verdiyi açıqlamada bildirib: “Faiz endirimi istəyən FOMC üzvlərinin əmək bazarında təklif şokuna, yaxud inflyasiyanın hədəfin üzərində qalmasına, son gömrük rüsumu artımlarından sonra daha böyük və davamlı bir şok riski yaranmasına yetərincə önəm vermədiyini düşünürük. Sentyabrda endirim etmək, inflyasiyanın zirvəyə çatdığını göstərən sübut olmadan yumşalma dövrünü başlatmaq riski daşıyır”.

İriqoyen həmçinin FED-in bu il faiz endirimlərinə gedəcəyini hələ də gözləmədiyini vurğulayıb.