
ABŞ-da istehsal geriləyir
FED-in faizi yüksək saxlaması maliyyə xərclərini artırır və tələbi zəiflədir
FED-in faizi yüksək saxlaması maliyyə xərclərini artırır və tələbi zəiflədir
“FED-in sentyabrda faiz endirməsi riskli addım olar”
Qlobal bazarlar Trampın tarif qərarları və FED açıqlamaları ilə yön dəyişir
FED rəsmisi: “İqtisadiyyatda durğunluq var”
Ağ Ev müşaviri: “Səlahiyyətlərindən öncə siyasəti düşündüyünü sorğulamaq mümkündür”
Tramp Pauellə bağlı sərt danışdı
ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi bir ara 4,41 faizədək yüksəlib
Tikinti ilə tanış olan ABŞ prezidenti faiz endirimi tələbini təkrarladı
“Trampın siyasətini və göstəriciləri nəzərə alın”
ABŞ prezidentin ziyarəti gözlənilməz olub
Analitiklər inflyasiya və faiz qərarlarına dair yeni risklərdən danışır
Bazar iştirakçıları optimistdir
ABŞ 10 illik dövlət istiqrazları etibarlı liman tələbi ilə bahalaşdı
FED sədri Konqresə yalan danışıb?
ABŞ naziri tariflər və inflyasiya – “Fəlakət olmadı” dedi
ABŞ, Yaponiya və Çin arasında balans oyunu
FED idarə heyəti üzvü Mişel Bouman, sədr müavini Filip Cefferson və Dallas FED sədri Lori Loqan gələn il boşalacaq ABŞ Mərkəzi Bankı rəhbərinin kreslosu üçün nəzərdən keçirilən adlar arasındadır.
Məsələ ilə bağlı məlumat verən iki rəsmisinin görə, yeni FED başqanı namizədinin müəyyənləşdirilməsi prosesinə rəhbərlik edən ABŞ maliyyə naziri Skott Bessent önümüzdəki həftələrdə başqa namizədlərlə də görüşəcək. Rəsmilər, Trampın yekun qərarını bu payız açıqlamasının gözlənildiyini bildiriblər.
Namizədlər arasında Trampın yaxın iqtisadi müşaviri Kevin Hassett, FED idarə heyəti üzvü Kristofer Uoller, iqtisadçı Mark Sumerlin, eləcə də keçmiş FED rəsmiləri Kevin Uarş və Ceyms Bullard da var. Ötən həftə Tramp, faiz endirimi çağırışlarına dəstək verən bir ad olan Ağ Ev İqtisadi Müşavirlər Şurasının başqanı Stiven Miranı FED İdarə Heyəti Şurasında Adriana Kuqlerin ayrılması ilə boşalan kresloya namizəd göstərmişdi. Tramp, Miranın yanvar ayına qədər bu vəzifəni icra edəcəyini, sonra isə daimi namizədin müəyyənləşdiriləcəyini açıqlamışdı.
Tramp, faizlərin çox yüksək olduğu fikrini əsas gətirərək FED-i – xüsusilə də 2017-ci ildə sədrliyə təyin etdiyi Cerom Pauell-i – sərt şəkildə tənqid edir.
FED sədrləri adətən müddətləri bitəndə mərkəzi bankdan ayrılırlar. Lakin 2026-cı ilin mayında müddəti bitəcək Pauell bu barədə hələlik açıqlama verməsə də, istəsə 2028-ə qədər idarə heyəti üzvü kimi FED-də qala bilər. Bu isə Trampın ya Miranı yanvarda boşalması gözlənilən kresloya təyin edib mayda başqanlığa gətirməsi, ya da Bouman və Cefferson da daxil olmaqla İdarə Heyətindən birini seçməsi anlamına gəlir. Bouman və Uoller iyul ayında faiz endirimi lehinə səs vermişdilər.
Cefferson Bayden tərəfindən təyin olunmuşdu. Loqan isə Dallas FED-in başında olaraq, tariflərdən qaynaqlanan inflyasiya riskinə qarşı xəbərdarlıq edir. Bu arada Tramp, “Heritage Foundation”un baş iqtisadçısı və məşğulluq göstəricilərinə dair tənqidləri ilə tanınan E.J.Entonini Əmək Statistikaları Bürosunun (BLS) rəhbərliyinə gətirib. Bu təyinat Senatın təsdiqindən asılıdır. Tramp sosial mediada, “İqtisadiyyatımız yüksəlişdədir və Entoni açıqlanan rəqəmlərin DÜRÜST və DƏQİQ olmasını təmin edəcək”, – yazıb.
BLS-in açıqladığı iyul ayı məşğulluq göstəricilərinin zəif gəlməsi və əvvəlki iki aya dair əhəmiyyətli aşağı yönlü düzəlişlərdən sonra Tramp qurumun əvvəlki başqanı Erika MakEntarferi vəzifədən azad etmişdi.