vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
KRİMİNAL, CİNAYƏT  
«QNET»lə bağlı yeni iddialar 15:36 | 16 iyun 2014 | Bazar ertəsi Məqaləyə 810 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«QNET»lə bağlı yeni iddialar

Əsas adamı xilas etmək üçün müavini qurban veriblər

MÖVZU İLƏ ƏLAQƏLİ

«QUEST NET»lə bağlı yeni iddialar ortaya çıxıb. Belə ki, adı fırıldaqçılıq və dələduzluqda hallandırılan, barəsində cinayət işi açılan şirkət yenidən şəbəkəsini artırmağa başlayıb. Xeyli sayda vətəndaş yenidən aldadılmaq məqsədilə şəbəkəyə cəlb olunub. Hətta Bakıdakı «Şəki» restoranının yanında yeni ofis alıblar. Bu şəbəkəyə məxsus ikinci ofisdir.

Aktual.az-ın məlumatına görə, bildirilir ki, şirkətin rəhbərlərindən Furqan Babayev 2 aydır həbs olunub. Amma onun həbsinin də şəbəkə rəhbəri Ceyhun İbrahimovun məsuliyyətdən qurtulmasına hesablanıb.

Şirkətin neçə ildir ki, vergidən yayındığı iddia olunur. Burada aldadılan vətəndaşlar 6 aydır ki, dövlət qurumlarına müraciət edib kömək istəyirlər.

Qeyd edək ki, «QUEST NET» Şirkətinin fəaliyyəti 7 ölkədə qadağan olunub. Həmçinin qardaş Türkiyə və yaxın qonşumuz İranda da şirkətin fəaliyyəti rəsmən qadağandır. Ancaq bu qədər cinayətə yol verməsinə baxmayaraq, şirkət Azərbaycanda fəaliyyətini genişləndirməklə məşğuldur.

Xatırladaq ki, bir müddət öncə «QUEST NET» Şirkəti tərəfindən aldadılaraq pulları mənimsənilən 100 nəfərdən çox vətəndaş Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə, Baş Prokuroru Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Bakı şəhər prokuroru Əziz Seyidova və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasova müraciət ünvanlamışdılar.

Onlar bildirirdilər ki, sözügedən şirkətin məsul şəxslərindən şikayət etsələr də, əksinə, özləri təqib və təzyiqlərlə üzləşiblər. Belə ki, «QUEST NET» Şirkətinin cinayətkar üzvlərinin hələ də öz fəaliyyətini davam etdirdikləri halda, aldadılan və zərərçəkən şəxslər, tanınmış əməkdar incəsənət xadimi Ağalar Mehdiyev (Ağalar İdrisoğlu) həbs edilib. Bu həbsi sifarişli hesab edən vətəndaşlar bildirirlər ki, onlar Ağalar Mehdiyevdən və Nəsir Hüseynovdan deyil, şirkətin məsul şəxslərindən - Ceyhun İbrahimov, Elçin Bayramov, onların əlaltıları olan Rasim və Emin adlı şəxslərdən şikayətçidirlər. Çünki Ağalar Mehdiyev və Nəsir Hüseynov da onlar kimi zərərçəkmiş şəxslərdir.

Vətəndaşlar həmçinin bildirirdilər ki, hətta dəfələrlə şəbəkənin rəhbərlərindən olan Ceyhun İbrahimov onları hədələyib. Belə ki, Ceyhun İbrahimov iri ranqlı məmurlardan birinin yaxın şəxslərindən olduğu iddia edilən Natiq Abdullayevə arxalandığını əsas gətirib. Hətta əməkdar artist Ağalar Mehdiyevin də məhz sifarişlə həbsə atıldığı iddia olunur. Şikayətçilər dəfələrlə bildiriblər ki, Ağalar Mehdiyevin həbsi onları şikayət etməkdən çəkindirmək üçün atılan addımdır. Çünki Ağalar Mehdiyev özü də «QUEST NET» tərəfindən aldadılıb və həmçinin özünün və vətəndaşların haqqı uğrunda mübarizə aparıb.