vaxtlı-vaxtında oxuyun! Cümə, 22 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Narıncı rəngli köpək balığı 20:08 | 21 avqust 2025 | Cümə axşamı Məqaləyə 108 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Narıncı rəngli köpək balığı

Karib dənizində rast gəlinən ilk alimləri təəccübləndirdi

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Kosta-Rika sahillərində nadir bir dəri xəstəliyi səbəbindən parlaq narıncı rəngdə yaşayan bir köpək balığı tutulub.

Kosta-Rika sahillərində tutulan təxminən iki metr uzunluğundakı “nurse” (tibb bacısı) köpək balığı, növünə xas olan qəhvəyi tonlardan tam fərqli görünüşü ilə diqqət çəkib.

Alimlər hesab edirlər ki, köpək balığının bu nadir rəngi “xanthism” və ya “xanthochroism” adlanan piqment pozğunluğundan qaynaqlanır.

Bu pozğunluq, heyvanın dərisində qırmızı piqmentin çatışmaması səbəbindən aşırı sarı və ya qızılı tonların meydana çıxmasına yol açır.

 

İlk dəfə görülüb

 

“Rio Grande” Universitetindən olan tədqiqatçılar bildirirlər ki, Karib dənizində qığırdaqlı balıqlar – yəni köpək balığı, vatoz və tırpan kimi növləri əhatə edən qrupda belə bir hal ilk dəfə aşkarlanıb.

Narıncı rəngli köpək balığı həmçinin albino xüsusiyyətləri də göstərir. Ən diqqətçəkən nümunə isə tamamilə ağ gözlərə sahib olmasıdır.

 

Həyatda qalma müzakirəsi

 

Normal halda qəhvəyi tonlar sayəsində dəniz dibinə uyğunlaşan “nurse” köpək balıqları, parlaq narıncı dəri və ya albino olduqda ağ gözlərlə ovçulara qarşı daha görünən olur.

Bu isə onların həyatda qalma ehtimalını azalda bilər. Lakin alimlər hesab edirlər ki, bu nümunə hər zaman belə olmaya biləcəyini göstərə bilər.

 

Genetik yoxsa ətraflı amillər?

 

Alimlər bildirirlər ki, adətən genetik mutasiya nəticəsində ortaya çıxan bu pozğunluq, qidalanma kimi ətraf mühit faktorları ilə də təsirlənə bilər.

Xantizm heyvanlar aləmində son dərəcə nadir rastlanan haldır. İndiyə qədər yalnız bir neçə balıq, sürünən və quş növündə təsdiqlənmiş hallar qeydə alınıb.