vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 8 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
FED-ə “revizor” göndərilir? 19:11 | 7 sentyabr 2025 | Bazar Məqaləyə 194 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

FED-ə “revizor” göndərilir?

ABŞ Maliyyə naziri Federal Ehtiyat Sisteminin yenidən nəzərdən keçirilməsini tələb edib

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Maliyyə naziri Skott Bessent (Scott Bessent), pul siyasəti, tənzimləmə, kommunikasiya, kadr və tədqiqat sahələrini də əhatə etməklə ABŞ Federal Ehtiyat Sisteminin (FED) dürüst, müstəqil və qərəzsiz şəkildə təhlilə cəlb olunmasının vacibliyini bildirib.

Bessent “The Wall Street Journal” üçün qələmə aldığı məqalədə FED-ə sərt tənqidlər yönəldib. Onun sözlərinə görə, Mərkəzi Bank dar qanuni səlahiyyətlərindən kənara çıxaraq öz müstəqilliyini risk altına atıb və yeni iş modeli faktiki olaraq “funksiya qazanımı” adlanan pul siyasəti təcrübəsinə çevrilib.

“Standartdankənar siyasətlərin həddindən artıq tətbiqi, fəaliyyət sahəsinin genişlənməsi və institusional şişkinlik Mərkəzi Bankın müstəqilliyini təhdid edir. FED kursunu dəyişməlidir”, – deyə Bessent vurğulayıb.

Onun fikrincə, qeyri-müəyyən nəzəri əsaslarla idarə edilən qeyri-standart alətlərin çox mürəkkəb hala gəlməsi FED-i zəiflədib. Bessent hesab edir ki, məhdud səlahiyyətlər çərçivəsində sadə və ölçülə bilən vasitələrdən istifadə daha səmərəli nəticə verə, eləcə də uzunmüddətli dövrdə FED-in müstəqilliyini qoruya bilər.

Nazir həmçinin qeyd edib ki, Fed inflyasiya hədəflərinə çatmamaqla sosial təbəqələr və nəsillərarası bərabərsizliklərin dərinləşməsinə şərait yaradıb. Onun fikrincə, qurumun gələcəkdə yaratdığı iqtisadi pozuntuları minimuma endirməsi vacibdir. Bessent əlavə edib ki, pul kütləsinin genişləndirilməsi kimi qeyri-adi siyasətlər yalnız real fövqəladə hallarda və federal hökumətin digər strukturları ilə koordinasiya edilərək tətbiq olunmalıdır.

“Pul siyasəti, tənzimləmə, kommunikasiya, kadr və tədqiqat da daxil olmaqla bütün qurum dürüst, müstəqil və qərəzsiz şəkildə təhlil edilməlidir”, – deyə Bessent bildirib.

O vurğulayıb ki, ABŞ yalnız qısamüddətli və orta müddətli iqtisadi çətinliklərlə deyil, həm də Mərkəzi Bankın müstəqilliyini təhlükə altına atan uzunmüddətli nəticələrlə üzləşib. “FED öz gələcəyini və ABŞ iqtisadiyyatının sabitliyini qorumaq üçün yalnız maksimum məşğulluq, qiymət sabitliyi və orta uzunmüddətli faiz dərəcələrinin təmin olunmasına yönəlmiş müstəqil qurum kimi etibarlılığını bərpa etməlidir”, – deyə Bessent əlavə edib.