
Cəmiyyətə ayna Anar
... Yaxud zamanı qabaqlayan yazıçı
... Yaxud zamanı qabaqlayan yazıçı
Dəyişən vaxtın düz yolundan yayındırmadığı, soldurmadığı, həvəsini, eşqini azalda bilmədiyi parlaq ...
... “Ot basmış cığırlar”la “Torpağın bərəkəti”nin müqayisəsi
“İstedadsız qrammofonlara deyil, ...”
Anar: “10 ildir iki ssenarimi çəkdirə bilmirəm”
Xalq şairi Bəxtiyar Vahabzadə vəfatının 10-cu ildönümündə yad edildi
Köhnəlməyən soru …
Çingiz Abdullayev: «Mənim kitablarımı yandırın, Fərhad Bədəlbəylinin barmaqlarını kəsin...»
Türkiyə səfirliyinin mədəniyyət attaşesi İrfan Ciftçi də «Canımız Qarabağ, yazımız Qarabağ-2» layihəsində iştirak edib
Tanınmış yazıçılar Cəbrayıla və Füzuliyə yola düşür
Bəhram Bağırzadə: «Çingiz Abdullayev ölümün gözünün içinə baxır»
Başıbəla kafenin icarədarı həbs olundu
Aydın Mirzəzadə: «Tarix sübut edir ki, ...»
Anar: «Kimdir o anası-arvadı erməni olan? Kimin dayısı ermənidir, göstərsinlər də konkret»
AYB-dən Hacıbala Abutalıbova qarşı sərt bəyanat: «Axı nə qədər ictimaiyyəti xamlamaq olar?»
Hacıbala Abutalıbov: «Çox təəssüf edirəm ki, Yazıçılar Birliyinin rəhbərliyini indiyə qədər narahat etməyib»
İyunun 17-də 12-ci qurultayını keçirən Azərbaycan Yazıçılar Birliyi (AYB) bu gün Muğam Mərkəzində 80 illik yubileyini qeyd edib. Azərbaycan Yazıçılar Birliyinə yenidən sədr seçilən Anar bu gün ANS-ə eksklüziv açıqlama edib. 27 ildir ki, Yazıçılar Birliyinin sədri vəzifəsini daşıyan Anar yenidən sədr seçilməsini ona olan etimadın nəticəsi kimi qiymətləndirib.
Muğam Mərkəzinin möhtəşəm divarları bu gün də Yazıçılar Birliyinin 80 ililk yubileyinə şahidlik etdi. Bu gün də əsas qəhrəman rolunda yazıçı Anar idi. 27 il rəhbərlik etdiyi quruma yenidən sədr seçilməsi onu diqqət mərkəzində saxlamışdı. Hərə bir xüsusda, kimi şəkil çəkdirmək, kimi hal-kef etmək üçün ona yaxınlaşırdı. Biz isə yazıçıya təkcə təbrik üçün yox, həm də sual vermək üçün yaxınlaşdıq. Qurultayda Anara alternativin olmaması Azərbaycanda Anar gücündə yazıçının olmaması deməkdirmi?
Yazıçılar Bİrliyinin sədri Anar bildirdi ki, yox, bu belə deyil, Anar səviyyəsində yazıçılar var: «Eyni zamanda Anardan da yüksək yazıçılar var. İndi elə gətirib ki, 27 ildir bu vəzifədə işləyirəm. Azərbaycanda qəribə bir şey var. Demək bəzən insanı günahlandırırlar ki, niyə sənin yaşın çoxdu, niyə hələ ölməmisən - sağsan. İkinci də günahlandırırlar ki, uzun illər yaxşı işləmisən, bəsdir niyə? Əgər yaxşı işləmişəmsə, 4 qurultayda məni yekdilliklə seçiblərsə, deməli yazıçılar mənim işimdən narazı deyillər».
Yazıçılar da narazı görünmürdülər. Məsələn, Seyran Səxavətə görə, əvəzolunmaz şəxs olmasa da, Anar bu postda həqiqətən əvəzolunmazdır.
Şair Zəlimxan Yaqub da bu seçimi təqdir edir. Amma gəncliyi də unutmamağa çağırır.
Bəli, ədəbi gəncliyə qayğı elə ədəbiyyata qayğı deməkdir. Bu qayğını zamanında Anara da, o birilərinə də göstəriblər. Onlar da ədəbiyyatımızın üzünü qara etməyiblər. Ona görə də təkcə sağ olun, deməyək. Hələ uzun illər yaşayın və yaradın, deyək.