
DİN-in strateji prioriteti
Peşəkar kadr potensialının formalaşdırılması diqqətdə saxlanılır
Peşəkar kadr potensialının formalaşdırılması diqqətdə saxlanılır
Böyük iqtisadiyyat özünü sorğulayan filosof yetişdirir, kiçik isə onu sorğulamayan din xadimi
Allah olmaq istəyinə düşmək günahına salma məni
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
Böyük mədəniyyət tənəzzülə uğradan fətva
Belə davam etsə, İslam 10 il sonra ən çox sitayiş olunan din olacaq
Kiminə çətindir, kiminə asan
“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”
... və “epoxe” prinsipi haqqında
Günümüzün insanı sənət və fəlsəfə üçün yararsızdır
Vicdanlı, dürüst insanların həyatda qalmaq şansı azdırmı?
... Yaxud Tanrı yoxdursa, nə var?
Hər cavabdan yeni bir sual doğmursa, o fəlsəfi yol bitmişdir
Sürücülərin nəzərinə tıxaclı yolların siyahısı yayıldı
Bank kartlarından minlərlə manat oğurlayan fırıldaqçılar “yağlı müştəriləri” necə müəyyənləşdirirlər?
Bir neçə gün öncə «KamAZ» markalı yük avtomobilinin sürücüsünün Bakıda təhlükəli əməllərindən sonra paytaxt polisinə avtoxuliqanlara qarşı güzəşt edilməməsi barədə göstəriş verilib.
Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov »Trend»ə deyib ki, paytaxt yollarında təhlükəsizliyin təmin edilməsi istiqamətində yol polisi tərəfindən davam etdirilən tədbirlər zamanı 2 gün öncə avtoxuliqanlığa görə saxlanılan daha iki nəfər məhkəmənin qərarı ilə həbs edilib.
Bölmə rəisinin sözlərinə görə, bunlar Bakı sakinləri - Əhmədov Şamxal Rasim oğlu və Hacıyev Cavid Namiq oğludur: «1983-cü il təvəllüdlü Əhmədov Şamxal Rasim oğlu «Moskviç» markalı avtomobilə məxsus «10 FB 051» dövlət nömrə nişanını «Toyota Prado» markalı avtomobilin nömrə yerinə quraşdırıb və idarə etdiyi ciplə açıq-aşkar avtoxuliqanlıq hərəkətləri törədib. O, etdiyi hərəkətlərlə ətrafdakıların həyatına real təhlükə yaradıb, üstəlik, yol polisin saxlama əmrinə əhəmiyyət verməyərək tabesizlik göstərib. Ona görə də məhkəmənin qərarı ilə 20 sutka həbs olunub. Digər şəxs «90 UG 494» dövlət nömrə nişanlı «Mercedes» markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Hacıyev Cavid Namiq oğlu isə polisin əmrinə tabe olmayaraq ona müqavimət göstərib. Bu səbəbdən də məhkəmənin qərarı ilə 5 sutka həbs olunub».
V.Əsədovun sözlərinə görə, kimliyindən asılı olmayaraq, avtoxuliqanlığa və digər qanunsuzluğa yol verən istənilən şəxs saxlanılacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalandırılacaq.
Qeyd edək ki, iyunun 29-da «KamAZ» markalı yük avtomobilinin sürücüsü Fətullayev Elbrus Ağayar oğlu Bakıda yol polisi əməkdaşlarının əmrinə aşkarcasına tabe olmamaqla yanaşı, onların həyatlarına da ciddi təhlükə yaradıb, bu azmış kimi, bilərəkdən avtobusla toqquşaraq qəza da törədib. O, ilkin mərhələdə məhkəmənin qərarı ilə 30 sutka həbs edilib.