“Eyni anda iki toyda oynamaq olmaz”
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
09:12 | 5 iyul 2014 | Şənbə
Məqaləyə 3976 dəfə baxılıb
Şriftin ölçüsü
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
Türkiyə Ermənistanla sərhədi açır. ANS Press-in məlumatına görə, bu iddia ilə Türkiyənin «Taraf» qəzeti çıxış edib. Qəzetdə yer alan məlumatda bildirilir ki, baş nazir Rəcəb Tayyib Ərdoğan sentyabrda sərhəd qapısının açılması ilə bağlı hətta təlimat da verib. Qeyd edilir ki, prezidentliyə namizədliyini açıqlayandan sonra Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün ikinci addım atmağa qərar verib. Məlumata görə, Alican sərhəd qapısının açılması həm də ABŞ-Ermənistan münasibətlərinin normallaşacağına hesablanıb.
Qəzetin yazdığına görə, ermənilər qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı bir sıra tədbirlər hazırlayırlar. AKP hökuməti isə bu kampaniyanın təsirini azaltmaq üçün işlərə başlayıb. İlk addım olaraq baş nazir bu ilin aprel ayında qondarma soyqırımın ildönümü ərəfəsində 1915-ci ildə baş verən hadisələr zamanı ölən ermənilərin nəvələrinə başsağlığı verib. Bundan əlavə, sərhəd qapısına kimi olan 7 km-lik yol asfaltlanaraq hazır vəziyyətə gətirilib. Artıq buraxılış məntəqəsində gömrük cihazları, X Rayler sisteminin qurulması da tamamlanır. Rəsmi açılış tarixi hələ dəqiqiləşdirilməyib.
«Alican sərhəd qapısı Dağlıq Qarabağ münaqişəsi başlayandan, Azərbaycan torpaqları işğal ediləndən sonra bağlanılıb. Türkiyənin rəsmi şəxsləri dəfələrlə sərhəd qapısının Azərbaycanın işğal altında olan torpaqları azad edilməyənə kimi açılmayacağı barədə bəyanatlar səsləndiriblər», - deyə nəşr vurğulayıb.
Yazının dərcindən az sonra Türkiyə XİN-i məlumatı təkzib edib. Ancaq təkzib olsa da, olmasa da, bədnam iddianın 100 illiyi yaxınlaşdıqca Ermənistanla sərhədlər məsələsi də tez-tez gündəmə gəlir. Hətta Azərbaycanda və Ermənistanda bəzi ekspertlər səviyyəsində belə ehtiyatlı fikirlər də səslənib ki, artıq Türkiyə ilə Ermənistan arasında bu məsələdə ABŞ-ın patronajlığı ilə ilkin gizli anlaşma əldə edilib.
Ərdoğanın başsağlığı kimi, Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyənin yeni seçiləcək prezidentini İrəvana dəvət eləməsinin də həmçinin həmin anlaşma daxilində olduğu söylənilir. Ötən ay isə Amerikanın Ermənistandakı səfiri Con Xafefrn Sürix protokollarından danışarkən ümidi itirmədiklərini, sərhədlərin açılması məsələsində Türkiyə ilə işləməkdə davam etdiklərini söyləmişdi. Diplomat həmçinin Sürix protokollarının əsas təşəbbüskarının Vaşinqton olduğunu, Birləşmiş Ştatların tərəflərə sərhədləri açmaq üçün təkan verdiyini xüsusi vurğulamışdı.
Hər şeydən göründüyü kimi, proses dayanmayıb və altdan-altdan, ABŞ-ın himayəsi altında davam etdirilir. Hər halda, «od yanmasa, tüstü çıxmaz». Böyük ehtimalla, proses Putin Rusiyasının Azərbaycanla Ermənistanı Avrasiya Birliyi adı altında öz orbitinə çəkmək səyləri ilə bağlı sürətlənəcək. Çünki Ağ Ev sərhədlərin açılmasına ən əvvəl Kremlin bölgəyə, ələlxüsus işğalçı Ermənistana təsirini azaltmaq vasitəsi kimi baxır. Qərbin regiondakı maraqlarının ötürücü dövləti sayılan Türkiyə vasitəsilə İrəvanın Moskvadan birbaşa asılılığını minimuma endirmək vasitəsi qismində nəzərdən keçirir.
«Qonşularla sıfır problem» siyasəti yürüdən Türkiyə hökuməti də təbii ki, bunda maraqlıdır. Ancaq belə planın reallaşmasında ciddi bir əngəl var - Qarabağ ixtilafı, Azərbaycanı razı salmaq. Bu məsələdə rəsmi Ankaranın mövqeyi dəfələrlə elan edilib. Türkiyə ilə Azərbaycan strateji müttəfiqlərdir və yəqin ki, həmişə belə olacaq. Yəni sərhədlərin açılmasına Bakıdan razılıq alınması qaçılmaz olacaq. Onu necə və nəyin qarşılığında alacaqlar? Əsas sual da budur.