
İLK BİRİNCİ
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşviliyə başsağlığı verib.
Vaxt.az xəbər verir ki, başsağlığında deyilir: «Gürcüstanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycanın böyük dostu Eduard Amvrosiyeviç Şevardnadzenin vəfatı ilə əlaqədar Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, bütün Gürcüstan xalqına dərin hüznlə başsağlığı verirəm.
Eduard Şevardnadzenin bütün həyat yolu, qardaş Gürcüstanın firavanlığı naminə yüksək dövləti fəaliyyəti ona haqlı olaraq bütün dünyada nüfuz, dərin hörmət və ehtiram qazandırmışdır.
Azərbaycan və Gürcüstan xalqları arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinin qorunub saxlanmasına, inkişafına və möhkəmləndirilməsinə Eduard Şevardnadzenin şəxsi töhfəsi böyükdür. Qardaş ölkələrimizin keyfiyyətcə yeni dövlətlərarası münasibətlərinin, strateji tərəfdaşlığının təşəkkülünün və inkişafının əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulub.
Azərbaycan xalqı qardaş Gürcüstan xalqı ilə birlikdə kədərlənir və dərdinizə şərik olur. Bu ağır itki ilə əlaqədar bir daha Sizə dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük».