3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
16:21 | 8 iyul 2014 | Çərşənbə axşamı
Məqaləyə 1553 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Mark Rubio iki prezidentin görüşü öncəsi açıqlama verdi
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
150-yə yaxın fiziki şəxs və qurum qara siyahıya düşüb
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
«Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı proseslər olduğu kimi qalır. Rusiya Qarabağ kartından istifadə edib Azərbaycanı öz tərkibinə sürükləmək niyyətindədir. Rəsmi Moskva Azərbaycanı bununla Avrasiya İttifaqı layihəsinə cəlb etməyi düşünür». Bunu modern.az saytına politoloq Vəfa Quluzadə Qarabağ probleminin tənzimlənməsində beynəlxalq səylərin hansı səviyyədə olduğunu şərh edərkən deyib.
O, bildirib ki, ABŞ başda olmaqla Qərb Azərbaycanla Ermənistanı barışdırmaq istəyir. Ekspert düşünür ki, Qərb dünyası bununla Ermənistanı Rusiyanın təsirindən çıxarmağı planlaşdırır: «Çünki Ermənistan Rusiya tərəfindən idarə oluna-oluna Qərbin təşəbbüsləri müsbət nəticə verə bilməz. Bu səbəblərdən dolayı Qarabağ məsələsində durğunluq davam edəcək və heç bir nəticə olmayacaq».
Analitik hesab edir ki, Qarabağ problemində dönüş olması üçün Rusiyanın zəifləməsi və ya Moskva hakimiyyətinin dəyişməsi vacib şərtdir.
Siyasi şərhçi Qarabağ konfliktinin nizamlanmasında Rusiyanın Qərbi sıxışdıraraq, təşəbbüsü öz əlinə alması ilə bağlı deyilənləri belə dəyərləndirib: «Bu cür şərhlər başdan-ayağa yalandır. Bu cür məlumatları görünür Rusiyanın «beşinci kolon»una məxsus insanlar yayırlar. Rusiyanın Qarabağ məsələsində mövqeyində xüsusilə Azərbaycanın xeyrinə heç bir dəyişiklik yoxdur. Rusiya təşəbbüsü belə ələ almaq istəyir ki, işğal altında olan bir-iki rayonu azad etsin. Amma burada məqsəd başqadır. Rusiya bununla həmin ərazilərdə qoşunlarını yerləşdirmək istəyir. Bu isə erməni işğalından da pisdir».