Azərbaycan Vatikanla əlaqələri möhkəmləndirir
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
16:45 | 20 iyul 2013 | Şənbə
Məqaləyə 3400 dəfə baxılıb
Şriftin ölçüsü
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
Tramp yenə özünü qabağa verəcəkmi?
Əfqanıstan-Pakistan sərhədində növbəti toqquşma
4 mindən çox kənd su altında
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
Pakistanın iki əyalətində silsilə terror hücumları
Pakistan Hindistanın döyüş təyyarələrini necə vurdu?
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın paytaxtı İslamabad şəhərindəki "Edhi Homes" kimsəsizlər evində məskunlaşan uşaqlar və ahıllar, həmçinin bu təşkilatın texniki işçiləri və dəvət olunmuş qonaqlar üçün iftar süfrəsi təşkil olunmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Tədbirdə senatorlar Malik Məhəmməd Rafiq Racvana və Seyid Zəfər Əli Şah, Milli Assambleyanın üzvləri Asiya Naz Tanoli, Tahir İqbal Çoudri, Pəncab və Xayber Paxtunxva əyalət parlamentlərinin üzvləri, ölkənin tanınmış siyasi və din xadimləri, Xarici İşlər Nazirliyinin nümayəndələri, ölkənin aparıcı KİV-lərinin təmsilçiləri və səfirliyin əməkdaşları iştirak etmişlər.
Mərasimdə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda və xaricdə həyata keçirilən layihələr, xüsusilə humanitar tədbirlər barədə ətraflı məlumat verilmişdir. İştirakçıların diqqətinə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun Pakistanda silsilə humanitar yardım proqramları çərçivəsində "Edhi Homes" kimsəsizlər evində sığınacaq tapan uşaqlar, həmçinin Xayber Paxtunxva əyalətinin on minlərlə sakini tibbi baxışdan keçirilmiş, hepatit B virusuna qarşı peyvənd olunmuşlar. Həmçinin Peşavər şəhərinin "Akbar Care" serebral iflic institutunda imkansızlar üçün müayinə təşkil edilmiş, "Kulsum İnternational" xəstəxanasında pulsuz açıq ürək əməliyyatları aparılmışdır.
Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən Həmza Fonduna müasir qanköçürmə avadanlığı və laboratoriyası ilə təchiz edilmiş təcili tibbi yardım maşını və 2000 ədəd qanköçürmə paketi verilmiş, Ramazan ayında və Qurban bayramında Pəncab, Sind, Xayber Paxtunxva və Bəlucistan əyalətlərində humanitar aksiyalar keçirilmiş, Xayber Göz Fondunun yeni binasının inşasına maliyyə dəstəyi göstərilmiş, Saif Fonduna maddi yardımlar olunmuşdur.
Mərasimdə o da vurğulanmışdır ki, 2007-ci ildə Pakistanın Müzəffərabad şəhərində zəlzələ zamanı dağılmış məktəbin yerində Heydər Əliyev Fondu tərəfindən yeni, müasir məktəb binası inşa edilmiş, 2012-ci ildə əsaslı təmirdən sonra bu tədris mərkəzinə Pakistan hökumətinin təşəbbüsü ilə Mehriban Əliyevanın adı verilmişdir.
Tanınmış siyasətçi, hakim Pakistan Müsəlman Liqasının aparıcı funksioneri senator Malik Məhəmməd Rafiq Racvana Pakistanda həyata keçirdiyi humanitar layihələrə, həmçinin müqəddəs Ramazan ayında kimsəsiz insanlara iftar yeməyi təşkil etdiyinə görə Azərbaycanın birinci xanımına dərin minnətdarlığını bildirərək demişdir ki, bu aksiya eyni zamanda Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürüdür.
Senator Racvana Mehriban xanım Əliyevanın Pakistanda həyata keçirdiyi layihələrin ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini və məhz buna görə Azərbaycanın birinci xanımının 2012-ci ildə Pakistanın Qadın Könüllülər təşkilatı və "Daily Times" qəzetinin "İlin adamı - Humanizmin simvolu" mükafatına layiq görüldüyünü də qeyd etmişdir.
Senator Seyid Zəfər Əli Şah isə ölkələrimiz arasında qədim tarixə söykənən dostluq əlaqələri haqqında danışaraq, iki qardaş müsəlman xalqlarını birləşdirən tarixi, dini, mədəni oxşarlıqları xatırlatmışdır. Əməkdaşlığın müasir dövrdə bütün istiqamətlər üzrə dinamik inkişaf etdiyini diqqətə çatdıran senator Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstəklədiyini, işğalçı siyasətinə görə Ermənistanı bir dövlət kimi tanımadığını bir daha bəyan etmişdir.
İftar yeməyindən sonra "Edhi Homes" kimsəsizlər evinin sakinləri üçün musiqi proqramı təşkil edilmiş, onların hər birinə Heydər Əliyev Fondunun qiymətli hədiyyələri çatdırılmışdır.
Humanitar aksiya Pakistanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.