vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
KRİMİNAL, CİNAYƏT  
Çayxanada qan çay yerinə axdı 19:34 | 30 iyul 2014 | Çərşənbə Məqaləyə 2849 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çayxanada qan çay yerinə axdı

Polis azyaşlını həbs etməyib

Bərdədə yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. ANS PRESS-in verdiyi məlumata görə, hadisə rayonun Bakı küçəsində yerləşən çayxanalardan birində baş verib.

Belə ki, Bərdə rayon sakini, 14 yaşlı Atabəy Xanlarov üzərindəki bıçaqla 17 yaşlı Aqşin Sadıqova 2 bıçaq zərbəsi endirib. Kürək və sinə nahiyəsindən yaralanan Aqşin Sadıqov yaxınlarının köməkliyilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya tibbi yardım göstərilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti yaxşıdır.

Hadisəni törədən Atabəy Xanlarov azyaşlı olduğundan polis şöbəsində saxlanılmayıb və nəzarətə götürülüb.

Faktla bağlı araşdırma aparır.