
Putin soyuq su içsin...
... suyu bulandırmağa çalışmasın
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Azərbaycan və Ermənistan qoşunlarının bütün təmas xətti boyu şiddətli döyüşlərin getdiyi, Azərbaycan ordusunun azı 16 hərbçisinin şəhid olduğu bir vaxtda düşmən ölkənin baş naziri heç kimin gözləmədiyi sensasion bəyanatla çıxış edib.
Virtualaz.org saytı xəbər verir ki, baş nazir Ovik Abramyan Ermənistanın Qeqarkunik rayonuna səfəri zamanı jurnalistlərə açıqlamasında prezidentlərin münaqişə zonasında vəziyyəti müzakirə etmək üçün tezliklə görüşəcəyini bildirib.
«İnterfaks»ın yaydığı sitata görə Ovik Abramyan deyib ki, Soçidə ya avqustun 8-də, ya 9-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq. «Prezidentlərin görüşü ya avqustun 8-də, ya 9-da Soçidə olacaq. Ümid edirik ki, görüşdə olduqca mühüm olan razılaşmalar əldə ediləcək» deyə Abramyan bildirib.
Ermənistanın baş naziri Azərbaycan hakimiyyətini «qızışdırıcı hərəkətlərdən çəkinməyə» çağırıb, deyib ki, Ermənistan müharibədən qorxmur. «İstənilən təxribatçı hərəkət, qızışdırıcı addım öz cavabını alacaq. Bizim buna resursumuz və qüvvəmiz var. Biz müharibədən qorxmuruq. Əlbəttə, müharibə yaxşı yol deyil, lakin bizə müharibəni zorla sırıyanda biz onu udmaq məcburiyyətində qalacağıq. Bizi ancaq hərbçilər arasında itkilər narahat edir» deyə Abramyan bildirib.
Beləliklə, cəbhədə atəşkəsin əldə edilməsindən bu yana ən şiddətli döyüşlərin getdiyi bir vaxtda prezidentlərin görüşünə dair qəfil razılaşma olduqca ciddi suallar meydana çıxarır. Belə məlum olur ki, bu görüş Rusiya prezidenti Vladimir Putinin ev sahibliyində keçiriləcək. Bəs Azərbaycan ordusu cəbhədə bu cür ağır itki verdiyi bir vaxtda danışıqlar masası arxasına keçmək Sərkisyanı daha da qudurmağa həvəsləndirməyəcək ki?