İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
10:17 | 18 avqust 2014 | Bazar ertəsi
Məqaləyə 1965 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın Kəşfiyyat İşləri üzrə Nazirliyə (ETTELAAT) bu günlərdə Ərdəbildə Savalan dağına dinc yürüş etmək istəyən onlarla azərbaycanlı fəalı həbs edib. «Azadlıq» radiosu xəbər verir ki, bu barədə southernazerbaijan.com saytı məlumat yayıb.
Sayt avqustun 15-də yaydığı məlumatda saxlanan fəallarının bəzilərinin adları verib. Onlar Həsən Colani, Mesam Colani, Cəfər Rüstəmi, Həbib Negahban, Fərhad Aslani, Rəhim Qulami, Səid Hüeyni, İsa Əzizi, Sejjad İbrahimpur, Əli Colani, Aidin Zaker, Həmid Quti və Reza Qutidir.
Savalana yürüş edərkən tutulanların ETTELAAT-ın Meşkinşəhrdəki mərkəzində saxlandığı və onlara fiziki və psixoloji işgəncələr verildiyi bildirilir. Azərbaycanlı fəallar İslam rejiminə qarşı qanunsuz toplanma və təbliğatın təşkilində ittiham olunurlar.
Hələlik İranın rəsmi qaynaqlarından bu hadisə barədə bir məlumat verilmir.
İrandakı azərbaycanlılar arasında Savalan dağı müqavimət simvolu hesab olunur. Fəallar hər il həmin dağa toplaşıb milli azadlıqlar tələb edən şüarlarla mitinq keçirilər.