İranda hakimiyyət davası
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
11:58 | 21 avqust 2014 | Cümə axşamı
Məqaləyə 1721 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
“Traktor”un oyununun nümayişi fars-molla hakimiyyətini narahat edib
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
Məşhur alim-cərrah Cavad Heyətin varisi və qardaşı oğlu Riza Heyət onun dəfni ilə bağlı qaranlıq qalan məsələlərə aydınlıq gətirib. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasında vida mərasimi keçiriləndən sonra mərhum alim Bakıda 2-ci Fəxri Xiyabanda dəfn edildi. Cavad Heyətin Təbrizdə dəfn olunmaması, vəsiyyətində isə guya İranı dəfn yeri kimi göstərməsi kimi məsələlər bu gün də qaranlıq sual altındadır.
Modern.az saytının məlumatına görə mərhumun varisi R. Heyəti bu suallara aydınlıq gətirib. Onun bu barədə qeydlərini təqdim edirik:
«Böyük elm və kültür adamı, İran və Azərbaycan türklərinin mənəvi atası Doktor Cavad Heyət 12 avqust saat 18:00 radələrində Bakı Gömrük Xəstəxanasında dünyasını dəyişdikdən 4 gün sonra Azərbaycan Milli Elmlər Akademiyasında vida mərasimi keçirildi və 2-ci Fəxri Xiyabanda dəfn edildi. C. Heyətin həyatının son anlarından etibarən başlanan dəfn yeri problemi hələ də beyinlərdə sual işarəsi kimi qalmaqdadır. Media tərəfindən yazılan və yaranan fikir ayrılıqlarını nəzərə alaraq bu məsələyə aydınlıq gətirməyi özümə vicdan borcu bilirəm:
Cavad Heyətin vəsiyyəti
Atası mərhum Əli Heyətə olan sevgisi və mənəvi bağlılığı səbəbindən illər öncə onun dəfn olunduğu «İbni Babvey» məzarlığında atasının ayaqları altında dəfn olunmasını vəsiyyət edən Cavad Heyət qəbiristanın dövlət tərəfindən dağıdılmasından sonra vəsiyyətinə dəyişiklik edərək ya Təbrizdə «Məqbətül Şüəra», ya da Bakıda Fəxri xiyabanda dəfn olunmasını qeyd etmişdi.
Vəsiyyətin həyata keçməsi üçün görülən işlər
Son vəsiyyətindəki bu istəyin gerçəkləşməsi üçün hələ o həyatda ikən əsaslı işlər görüldü. Bakı və Ankaradakı İran səfirliyinin nümayəndələri ilə görüşlər keçirildi. Bakıdakı səfirlik əvvəlcədən Təbrizin «Məqbərətü-şüəra» qəbiristanlığında yer qalmadığını, həmçinin Cavad Heyətin də şair olmadığını əsas gətirərək dəfnin orada mümkünsüzlüyünü bildirdi. Ankaradakı İran səfirliyi isə bu istiqamətdə əllərindən gələni edəcəklərini bildirdilər. Doktor Cavad Heyətin ölümündən sonra Bakıdakı səfirliklə sıx-sıx görüşlər keçirildi. Görüşlərdə üçüncü günə qədər heç bir cavab verilmədi və Tehrandan təlimat gözlədiklərini bildirdilər. Vəfatının ikinci günü rəsmi olmasa da etibarlı mənbədən aldığımız məlumata görə Doktor Cavad Heyətin Təbrizdə «Namaveran» («Məhşurlar») qəbiristanlığında dəfn edilməsi istiqamətində prezident Həsən Ruhaninin təlimat verməsi açıqlandı. İran səfirliyi isə bizə belə bir təlimatın gəlmədiyini vurğuladı. Xəbəri verən mənbə çox etibarlı olduğu üçün biz hazırlıqlara başladıq. Fəqət İran səfirliyindən gələn bir zəng hər şeyi dəyişdirdi. Cənab səfir dəfn yeri üçün Təbrizin əvvəlcədən seçildiyini lakin internetdə yayılan bir sıra informasiyalara görə Təbriz variantının tamamən sıradan çıxdığını buna baxmayaraq İranın başqa böyük şəhərlərində, əsasən də Tehranın «Behişti Zəhra» qəbiristanlığında Cavad Heyəti «şəninə layiq» dəfn edə biləcəklərini vurğuladı.
Heyət ailəsinin tələbi
Lakin Heyət ailəsi doktorun Təbrizdə dəfn olunması üçün son ana qədər çalışdı. Hətta ortada gəzən bəzi söhbətlərin qarşısını almaq üçün internetdə vəziyyətin sakitləşməsi yönündə materiallar yayıldı. Orada əsasən doktorun Təbrizdə səs-küysüz dəfn olunması məsələsinə toxunulmuşdu. Bu bildiriş C. Heyətin son vəsiyyəti ilə bərabər Bakıdakı İran səfirliyinə təqdim edildi. Lakin bundan sonra da heç bir addım atılmadı. Cənazənin üç gündən artıq saxlanılmasını doğru hal hesab etməyən Heyət ailəsi ikinci varianta yəni doktorun Bakıdakı Fəxri Xiyabanda dəfn olunması məsələsinə keçdi. Azərbaycan Respublikasının səlahiyyətli şəxsləri ilə görüşdükdən sonra C. Heyət ölümündən 4 gün sonra Bakıdakı Fəxri Xiyabanda dəfn edildi». Mərhumun varisi və hazırda Ankarada çalışan Riza Heyət sonda məsələnin bütün mahiyyəti özündə əks etdirən cümlə ilə qeydini tamamlayır: «Təəssüflər olsun ki, İran Cavad Heyətin mənəvi ağırlığını daşıya bilmədi».