Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
16:12 | 19 oktyabr 2016 | Çərşənbə
Məqaləyə 1221 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
Prezident İlham Əliyev «RİA-Novosti» agentiyinə müsahibəsində Azərbaycanın Avrasiya İttifaqına üzvlük məsələsinin istisna olmadığını deyib. Xatırladaq ki, Avrasiya İttifaqı 2015-ci ildə Gömrük İttifaqının üzvləri olan Rusiya, Belarus və Qazaxıstanın iştirakı ilə yaradılıb.
Avrasiya İttifaqı yaranan zaman bir neçə dövlətin qoşulacağı söylənilirdi. Hal-hazırda işğalçı Ermənistan, Qırğızıstan da ittifaqın üzvüdür.
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlmasında prezidentin çıxışını şərh edib.
«Dövlət başçısı İlham Əliyev Azərbaycanın Avrasiya İttifaqına üzv olması məsələsini istisna etməyib. Amma paralel olaraq onu da söyləyib ki, indiki vəziyyətdən də razıyıq. Bu o deməkdir ki, yaxın müddətdə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsi gündəmdə deyil. Digər tərəfdən başqa məsələ də var ki, o da bizim üzv olmağımıza mane olur. Adıçəkilən ittifaqda Ermənistan da var».
Ekspertin sözlərinə görə, işğal prosesinə son qoyulmayana qədər Azərbaycan bu quruma üzv olmayacaq.
«Necə ola bilər ki, işğalçı dövlətlə işğala məruz qalan dövlət bir qurum çərçivəsində bir-biri ilə iqtisadi inteqrasiyaya baş vursun?!. Bu, mümkün olan məsələ deyil. Düzdür, dövlət başçısı belə fikir bildirdi ki, indiki durumumuz bizim üçün normaldır. Biz bu durumu dəyişmək istəmirik. Bunun özü ondan xəbər verir ki, Azərbaycanın yaxın müddətdə ən azı Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsi real deyil. İndiki şərtlər altında Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü istisnadır».
Politoloq dövlətlərarası inteqrasiya məsələsinə də toxunub.
«Düzdür, dövlətlər arasında güclü inteqrasiya yoxdur. Dünya dövlətləri inteqrasiyanın indiki vəziyyətindən narazıdırlar. Belə olan halda, Azərbaycan niyə bu qurumun üzvü olsun ki!
İnteqrasiya məsələsi və iqtisadi vəziyyət yaxşı olsa belə, ortada Azərbaycanın işğal faktoru var. Torpaqlar azad olunmayana qədər, Azərbaycan Ermənistanla heç bir iqtisadi əlaqə qura bilməz. Bu da Avrasiya İqtisadi Birliyinə üzvlülük məsələsini arxa plana atır».