
Abbas Lisani xalqa müraciət etdi
Güney Azərbaycanın mübarizə simvolunun Urmiya gölü fəlakəti ilə bağlı səs yazısı yayıldı
Güney Azərbaycanın mübarizə simvolunun Urmiya gölü fəlakəti ilə bağlı səs yazısı yayıldı
Tanınmış siyasi məhbus bel ağrılarından əziyyət çəkir
Güneylilərin milli fəalı ziyarətə gəlməsi fars-molla rejimini narahat edir
“Rejim fars dilinin hegemonluğuna qarşı təpkilərə həssasdır”
Güneyli siyasi məhbus onurğa bel disk yırtığı xəstəliyindən əziyyət çəkir
Güney Azərbaycanda siyasi fəallıq Tehranı qorxuya salıb
Güney Azərbaycan milli fəalı iki aydır qanunsuz həbsdə saxlanılır
Güney Azərbaycanlılar İbrahim Rəisinin məhkəmə sisteminə rəhbər təyinatını pisləyib
İslamşəhrdə milli fəala azadlıq tələb olunur
Təbrizdə divarlara növbəti dəfə posterlər yapışdırılıb
Məhsa Mehdili: “Onu müdafiə etmək borcumuzdur”
Güneyli fəal 3 gün ərzində ƏİM-ə müraciət etməlidir
Abbas Lisaninin əsərlər toplusu bir kitabda nəşr olunub
Ərdəbildə azərbaycanlı fəallara qarşı fərqli təzyiq metodlarından istifadə olunur
Güneyli fəalın dükanının qıfılı gecə saatlarında sındırılıb, əşyalar dağıdılıb, nəsə axtarırmışlar
Güney azərbaycanlı fəal qarşıdakı prezident seçkiləri ilə bağlı soydaşlarımıza müraciət etdi
Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Meşginşəhr şəhərində saxlanılıb. Aydın Zakirinin toy mərasimində iştirak etdiyinə görə mühakiməsi gözlənilən A.Lisani noyabrın 7-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və Meşginşəhr zindanına aparılıb.
Xəbər verdiyimiz kimi, ötən günlərdə tanınmış fəal A.Lisani Ərdəbil Məhkəməsinə çağırılıb. Noyabrın 3-də fəalın ailəsinə təhvil verilən çağırış vərəqəsində onun Ərdəbil İnqilab Məhkəməsinin 1-ci Şöbəsinə müraciət etməsi üçün 5 gün möhlət verilib.
Vərəqədə qeyd olunub ki, Ərdəbilin İnqilab Məhkəməsi çağırış vərəqəsini Meşginşəhrin İnqilab Məhkəməsi tərəfindən göndərib. Vərəqədə azərbaycanlı fəalın məhkəməyə çağırılma səbəbi qeyd olunmayıb, sadəcə «Sizin əleyhinizə olan şikayətlə bağlıdır» cümləsinin yazılması ilə kifayətləniblər.
Ehtimal edilir ki, A.Lisani son günlərdə meşginşəhrli fəal Aydın Zakirinin toy mərasiminə qatıldığı üçün məhkəməyə çağırılıb. Qeyd edək ki, Aydın Zakiri də özü üçün keçirdiyi toy mərasimindən sonra ötən günlərdə Meşginşəhr Məhkəməsinə çağırılıb. O, 10 milyon tümənlik vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
A.Lisani adını çəkdiyimiz fəalın toy mərasimində çıxış edərək onu təbrik edib və azərbaycanlı şagirdlərin ana dildə təhsil almasının əhəmiyyətinə toxunub.
Tanınmış ərdəbilli fəal bundan öncə də Azərbaycanın milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər uzaq şəhərlərdə həbs edilib və ailəsi ilə birlikdə rejimin müxtəlif təzyiqlərinə məruz qalıb.