
235 il sürən bütöv Azərbaycanın qurucusu
Yaxud Babək və Nəsimi irsinin sahibi-Şah İsmayıl Səfəvi
Yaxud Babək və Nəsimi irsinin sahibi-Şah İsmayıl Səfəvi
Məmurdan evi sökülən sakinlərə küçə jarqonlu atmaca: “Deyirlər ki, “çox bərkdən getməyin””
Hər an yanmaq təhlükəsi olan binanın zirzəmisi qrunt sularıyla dolub ...
Deputat Adil Əliyev iddialara cavab veri: «Bunu yoxlamaq çətin deyil»
«Bir də gördük evin damını uçururlar…»
Zığ qəsəbəsindəki sürüşmə zonasında bir bina uçmaq təhlükəsi ilə üz-üzə; mənzillərin içinə beton dirəklər quraşdırılır
Yasamalda isə tikinti işləri gedir
Məşhur başçının işi məhkəməyə göndərilir
Qəsəbədəki Səməd Vurğun küçəsinin də yenidənqurmadan sonra açılışı olub
Ekspert hiddətləndi, «Azəriqaz» açıqlama verdi
Yasamalda yaşayış binasının tikintisi dayandırıldı
Təbii qazın verilişində niyə tez-tez fasilələr yaranır?
Bakının bu rayonlarına qaz verilməyəcək
«Mərmər başdaşıları, güldanları, lap gülləri də oğurlayırlar... »
Paytaxtda 1000-dək yaşayış binası söküləcək, 30 mindən çox sakin köçürüləcək
Problemin 95 faizi həll olunub, qalan 5 faiz üçün ...
Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarında köhnə binalar söküləcək və yerində yeniləri inşa olunacaq. Beş il müddətinə nəzərdə tutulan layihəyə artıq start verilib.
«Qafqazinfo»nun əməkdaşı söküntü gedən ərazidə olub. Artıq bir neçə gündür ki, Nərimanov rayonu Faiq Yusifov 10 ünvanında söküntü işlərinə başlanılıb. Burada istismar müddəti bitmiş 5 ikimərtəbəli binanın söküntüsü nəzərdə tutulub.
Böyük işçi qüvvəsinin cəlb olunduğu layihəyə əsasən, hazırda söküntü işləri aparılır. İş icraçıları bildirib ki, həmin binalarda yaşayan sakinlər 18 ay müddətinə kirayəyə çıxarılıb. Həmin müddət ərzində sakinlərin kirayə haqqı tikinti şirkəti tərəfindən ödənilir. İnşaat işləri tamamlandıqdan sonra sakinlər yeni təmirli mənzillərə köçürüləcək.
Bildirilib ki, pilot layihənin əsas məqsədi şəhərin memarlıq üslubuna xələl gətirən, bərbad vəziyyətdə olan tikililərin yerində yeni və müasir standartlara cavab verən binaların salınmasıdır. Binalar 16 mərtəbəli olacaq və qısa zaman ərzində tikintisinə başlanılacaq.
Tikintiyə Nərimanov Rayon İcra Hakimiyyəti nəzarət edir və «İnkişaf S» şirkəti tərəfindən aparılır.