vaxtlı-vaxtında oxuyun! Bazar, 13 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
İlham Əliyev Donald Trampla danışıb 20:38 | 17 noyabr 2016 | Cümə axşamı Məqaləyə 1192 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlham Əliyev Donald Trampla danışıb

Yeni prezident xoş sözlərə görə təşəkkür edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın yeni seçilmiş prezidenti Donalda Trampa telefonla zəng edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat verir.

İlham Əliyev Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək iki ölkənin müxtəlif sahələrdə uğurlu əməkdaşlığını qeyd edib.

Prezident Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğunu qeyd edib.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Donald Tramp qeyd edib ki, Prezident İlham Əliyev haqqında çox xoş sözlər eşidib və dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Prezident İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

Noyabrın 17-də Donald Trampın komandası, seçilmiş prezidentin Azərbaycanla yanaşı, Hollandiya və Polşa liderləri ilə də söhbət etdiyini bildirib.

Donald Tramp 8 noyabrda keçirilən prezident seçkilərində qalib gəldikdən sonra hazırkı prezident Barak Obama ilə hakimiyyətin təhvil verilməsini müzakirə edib.