
Putin soyuq su içsin...
... suyu bulandırmağa çalışmasın
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Ermənistanda nəşr edilən «Qraparak» qəzeti yazır ki, prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyan vaxtaşırı olaraq hakim Respublika partiyasının idarə heyətinin iclaslarında Dağlıq Qarabağa dair danışıqların detallarını bölüşürlər. «Ona görə ki, «qocalarda» XİN rəhbərinin biznes-klassda ora-bura uçmaqdan başqa nəsə işlə məşğul olmadığı görüntüsü yaranmasın» - qəzet yazır.
Daha sonra qəzet hakim partiyadakı mənbəyə istinadən iddia edir ki, belə söhbətlərdən birində Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağda referendumun keçirilməsi müddəti barədə dialoqdan bəhs edilib.
Qəzet yazır: «Referendum ideyasına qəti qarşı olan Əliyev Serj Sərkisyandan soruşub:-mənim deyəcəyim istənilən müddətə razılaşacaqsınız? «Bəli»-Əliyevin heç bir müddət çərçivəsi ilə razılaşmayacağına əmin olan Serj cavab verib. «İyirmi il» - Əliyev deyib. «Razıyam» - Sərkisyan cavab verib. «Otuz il» - Əliyev bildirib. «Razıyam» - Sərkisyan yenə bildirib. «Yetmiş» - Əliyev deyib. «Bu qədər yaşamırlar» - Serj bu dəfə etiraz edib».
Xatırladaq ki, Dağlıq Qarabağda yekun statusun müəyyən edilməsi üçün referendumun keçirilməsi Madrid sənədində əksini tapıb. Plana əsasən referendumun keçirilməsi üçün hansısa zaman çərçivəsi müəyyən edilməliydi.