vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
QARABAĞ  
Təzə fransız həmsədr vəd verdi 19:08 | 12 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 910 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təzə fransız həmsədr vəd verdi

«Problemin qərəzsiz və ədalətli həlli üçün səyimi əsirgəməyəcəyəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri səfir Stefan Viskonti dekabrın 11-12-də Azərbaycanda səfərdə olub. Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin yaydığı kommunikedə deyilir. (APA)

 Bildirilir ki, bu, Stefan Viskontinin Hamburq şəhərində ATƏT-in Nazirlər Şurasında hər iki həmsədr həmkarları ilə birlikdə iştirakından bir neçə gün sonra və vəzifəsinin icrasına başladıqdan sonra regiona ilk  səfəridir. Məlumata əsasən həmsədr  Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

 O, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb.

«Bakıya bugünkü səfəri zamanı səfir Viskonti Dağlıq Qarabağ münaqişəsinin qərəzsiz və ədalətli həllinin asanlaşdırılması  üçün ABŞ və Rusiya Federasiyası ilə birlikdə Fransanın öz səylərini davam etdirəcəyi barədə qətiyyətli öhdəliyini bir daha bildirib», – deyə kommunikedə qeyd edilir.