Biz Yaxın Şərqə nə ilə qayıtdıq?
Region həyatımızda getdikcə daha çox yer tutur...
15:00 | 13 dekabr 2016 | Çərşənbə axşamı
Məqaləyə 1645 dəfə baxılıb
Şriftin ölçüsü
Region həyatımızda getdikcə daha çox yer tutur...
Müqəddəs Taxt-Tacda bərpa layihələri və Bakıda yeni kilsə inşası
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə bu gün təkbətək görüşü olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Baş naziri Benyamin Netanyahu birgə foto çəkdirdilər.
Görüşdə ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
13:50
İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycana işgüzar səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrailin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
***
12:13
Az əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivin Ben-Qurion hava limanından Azərbaycana və Qazaxıstana səfərə yola düşüb.
Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, Netanyahunu səfərdə xanımı və çoxsaylı nümayəndə heyəti müşaiyət edir. İsrail kəşfiyyatına yaxın «Debka» saytı xəbər verir ki, Netanyahu Bakıda prezident İlham Əliyevlə danışıqlar aparacaq, təxminən 7 saat sonra Qazaxıstana yola düşəcək. «Netanyahunun hər iki paytaxtda danışıqları ölkələr arasında ticarət razılaşmaların, o cümlədən hərbi sənaye, təhlükəsizlik və kəşfiyyat sahəsində razılaşmaları əhatə edəcək» - sayt bildirir.
Netanyahu özü aerportda jurnalistlərə açıqlamasında deyib ki, onun Azərbaycana və Qazaxıstana səfəri İsrailin beynəlxalq aləmdən təcrid olunmadığının sübutudur. Çünki İsrailin beynəlxalq əlaqələri genişlənir, o cümlədən müsəlman dövlətləri ilə yeni əlaqələr qurur.
«Azərbaycan və Qazaxıstan İsraillə əlaqələrini genişləndirmək istəyir. Bu, bizim Asiya nəhəngləri, Afrika və Latın Amerikası ölkələri ilə əlaqələrimizin möhkəmləndirilməsinin ardınca baş verir»-Netanyahu bildirib. Baş nazir Azərbaycanı və Qazaxıstanı «müsəlman dünyasının iki mühüm ölkəsi» adlandırıb.
Netanyahu Bakıda ilk dəfə 90-cı illərin əvvəllərində olduğunu və prezident Heydər Əliyevlə görüşdüyünü xatırladıb. Bildirib ki, indiki səfər iki ölkə münasibətlərində «mühüm dönüş olacaq».