3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
19:14 | 6 yanvar 2017 | Cümə
Məqaləyə 2051 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Erməni nağılları ilə Hitleri ekstaza gətirən mistik hekayənin bağlılığı
Bu dəfə ermənilər “savaş əti” olacaq?
Azərbaycan ordusunun hərbçisi Çingiz Salman oğlu Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən Yerevana aparılıb.
Modern.az saytı xəbər verir ki, ermənilər bu dəfə də şəhid hərbçimizin İrəvan morqunda çəkilən fotolarını sosial şəbəkədə yayıblar.
Modern.az erməni tərəfinin növbəti dəfə qeyri-humanistlik edərək yaydığı həmin fotoları sosial şəbəkədən əldə etsə də, onu sayta yerləşdirməyi məqbul saymır.
Xatırladaq ki, Çingiz Qurbanov dekabrın 29-da Azərbaycan-Ermənistan təmas xəttinin Tovuz rayonu istiqamətində baş verən döyüş zamanı şəhid olub. Onun cəsədi düşmənin əlinə keçib.
Azərbaycanın çağırışlarına baxmayaraq düşmən şəhidimizin
meyitini qaytarmağa tələsmir…
Qeyd edək ki, 22 yaşında şəhid olmuş Çingiz Salman oğlu Qurbanov Qusar
rayonunun Həzrə kəndindəndir. Həzrə kənd orta məktəbini bitirən Ç.Qurbanov Azərbaycan
Texniki Universitetinin məzunudur. O, universiteti bu il bitirib. İyul ayında
isə Qusar rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Çingiz Salman oğlu Qurbanov hərbi xidmətə getməzdən öncə ailəsi ilə birlikdə Bakıda kirayədə yaşayıb.