Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
23:01 | 6 yanvar 2017 | Cümə
Məqaləyə 1043 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayevi bu ölkədə artıq birinci il deyil ki sevmirlər. Səfir erməni nifrətinin alovunu bu gün bir az qızışdırıb. Virtualaz.org xəbər verir ki, Urazayev «Ermənistan xəbərləri» portalına müsahibəsində Ermənistan prezidentinin dəfələrlə bildirdiyi narazılıqları nəzərə almaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin effektivliyi barədə danışıb.
Məlum olduğu kimi, Serj Sərkisyan «Azərbaycan tərəfindən Ermənistanın sərhədlərində atəşkəs rejiminin pozulması» ilə bağlı KTMT iştirakçı ölkələrinin mövqeyindən hiddətlənmişdi.
Bu suala Qazaxıstan səfiri sərt cavab verib: «Ermənistanla Azərbaycan sərhədindəki problemlər Ermənistanın özündən çox Dağlıq Qarabağ ətrafında problemlə bağlıdır».
Bundan sonra diplomat erməni jurnalistlər üçün (və yəqin ki. onlar vasitəsilə həm də Serj Sərkisyan üçün) maarifləndirici məlumat verib: «Birincisi, KTMT Nizamnaməsində açıq-aydın yazılıb ki, iştirakçı ölkələr Təşkilata daxil olmayan üçüncü dövlət tərəfindən xarici təcavüzün qarşısının alınması üçün bir-birinə zəruri köməyi göstərirlər. Tavuş vilayətindəki sərhədin bir hissəsi Ermənistanın nəzarətində olan rayonlarla (Azərbaycan rayonları – virtualaz.org) həmsərhəddir. Biz – həm Qazaxıstanda, həm Rusiyada, həm də digər KTMT ölkələrində əvvəlcədən dəqiq və açıq mövqe tutmuşduq – söhbət hər hansı ərazi problemlərindən asılı olmadan üçüncü dövlətin xarici təcavüzündən gedirsə, bu bir şeydir, Dağlıq Qarabağa aiddirsə, tamam başqa şeydir».
Buna görə də, Timur Urazayev fikrini davam etdirib, Qazaxıstanın mövqeyi ədalətlidir. «Dağlıq Qarabağ problemini biz KTMT Nizamnaməsi çərçivəsində həll olunan vəzifələrin siyahısına daxil etmirik. Biz Qarabağ məsələsinin yalnız sülh yolu ilə həllinə tərəfdarıq, hərbi həll yolu mümkün deyil», - diplomat qeyd edib.