3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
11:50 | 14 yanvar 2017 | Şənbə
Məqaləyə 1722 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Erməni nağılları ilə Hitleri ekstaza gətirən mistik hekayənin bağlılığı
Bu dəfə ermənilər “savaş əti” olacaq?
«Eurasia News» xəbər saytında «Qarabağ: Ermənistan Azərbaycan əsgərinin qaçırılmasından siyasi təzyiq vasitəsi kimi istifadə edir» adlı məqalə verilib.
AzərTAc-a xəbər verir ki, məqalədə bildirilir ki, Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəsi pozmaqla bərabər, həm də müharibə cinayəti törədib. Belə ki, Ermənistan əsgərləri dekabrın 29-da Azərbaycana qarşı uğursuz hərbi əməliyyat həyata keçiriblər. Onlar Azərbaycan silahlı qüvvələrinin Çingiz Qurbanov adlı öldürülmüş hərbi qulluqçusunun cəsədini Ermənistana aparıb və burada vandalizmə məruz qoyublar. Ermənistan tərəfi əvvəlcə cəsədi özündə saxladığını təkzib edib, amma sonradan sosial şəbəkələrdə yayılan şəkillər bunun əksini sübut edib.
Qeyd olunur ki, Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 30-da bununla bağlı yaydığı bəyanatda Ermənistanın etik-mənəvi prinsipləri pozduğunu bildirib. Ermənistanın öldürülmüş hərbi qulluqçunun geri qaytarılması məsələsini siyasi möhtəkirlik obyektinə çevirməklə beynəlxalq humanitar hüququ pozduğu vurğulanıb.
Məqalədə bildirilir ki, oxşar hadisələr 2016-cı ilin aprel hadisələri zamanı və Azərbaycan əsgəri Mübariz İbrahimovun öldürülməsindən sonra da baş verib.
Yazıda Türkiyənin hərbi eksperti Yusuf Akbabanın sözügedən insidentə və bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikirləri yer alıb. O deyib ki, əsgərlərin təhqir olunması münaqişənin yeni eskalasiya mərhələsinə qədəm qoyması deməkdir. Ermənistan işğalçı siyasətini sonadək davam etdirə bilməz. Bu ölkə enerji gəlirləri ilə iqtisadi cəhətdən güclənən Azərbaycana məğlub olacaq.
Məqalədə, həmçinin bildirilir ki, yaşanan gərginliklərə baxmayaraq, Ermənistan və Azərbaycan arasındakı münaqişə Qərb mətbuatının diqqət mərkəzində deyil.
Yazıda münaqişəyə dair qısa arayış verilir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi vurğulanır.