vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 11 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
ATƏT sədri erməniləri məyus etdi 20:53 | 20 yanvar 2017 | Cümə Məqaləyə 945 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ATƏT sədri erməniləri məyus etdi

Danışıqlarda Qarabağa yer yoxdur

MÖVZU İLƏ ƏLAQƏLİ

Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts Yerevanın «Mediamax» agentliyinə müsahibəsində erməniləri məyus edib.

Virtualaz.org-un məlumatına görə, erməni jurnalistləri Sebastyan Kurtsa danışıq prosesində «DQR»in iştirakı ilə bağlı sual veriblər: «Bəlkə, Dağlıq Qarabağa səs hüququ verməyə dəyər?»

ATƏT-in qüvvədə olan sədrinin cavabı birmənalı olub: «Danışıqları Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan prezidentləri aparır və bütün əlaqədar tərəflər bu formatda təmsil olunublar».

ATƏT sədri onu da əlavə edib ki, Minsk Qrupunun və həmsədrlərinin böyük səylərinə baxmayaraq, 2016-cı il bu məsələdə hərbi gərginliyin artması ilə müşayiət olunan geriyə addımlarla yadda qaldı. Bununla belə, qurum Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarını davam etdirəcək və bu yolda səylərini azaltmayacaq.