Roma ilə Moskva arasında diplomatik gərginlik
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
14:38 | 14 fevral 2017 | Çərşənbə axşamı
Məqaləyə 920 dəfə baxılıb
Şriftin ölçüsü
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
İran müharibəsindən sonra Milan Dubayın təhlükəsiz liman imicini ələ keçirir
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
Marko Polonun ailəsi gətirmiş ola bilər
Meloninin fotosunu montaj edib intim saytda yayımladılar
İtaliyada qadın siyasətçilərin fotoşəkilləri intim saytına yerləşdirilib
Salvini ilə Makron arasında Ukrayna gərginliyi
İtalyanlar makaron yeyib necə arıq qalırlar?
Ölənlərin sayı 4-ə çatdı
İtaliya nəhəng layihəyə start verdi
15 yaşlı uşaq səhv təyyarəyə minib İtaliyaya uçdu
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
İtalyanların şərabda bişirdiyi Qazax yeməyi
İngiltərədən olan cütlük “1 avroya ev” aldı, xərcləri 40 min avronu keçdi
Azərbaycan qazının Avropaya nəqli üçün inşa edilməkdə olan Transadriatik Qaz Kəməri (TAP) layihəsinin ofisinə hücum olub.
virtualaz.org İtaliya mənbələrinə istinadən xəbər verir ki, ötən gecə TAP-ın Melandunyo şəhərində yerləşən ofisinə iki Molotov kokteyli atılıb. Onlardan biri partlayıb və ofisin fasadına ziyan vurub, digəri isə partlamayıb.
Şirkət baş vermiş hadisəni «vandalizm» adlandırıb və Melandunyo polisinə məlumat verib. Habelə hücumla bağlı TAP şirkəti adından rəsmi şikayət edilib. Şirkətin İtaliya üzrə meneceri Mişel Eliya bildirib ki, bu hücum işçiləri şoka salıb. «Biz burada, Salento bölgəsində hər gün İtaliya üçün strateji əhəmiyyət daşıyan boru kəmərinin tikintisi ilə məşğul olduğumuz bir vaxtda bu cür hücumla üzləşirik» - menecer deyib.
Xatırladaq ki, İtaliyada ətraf mühit müdafiəçiləri və Rusiyaya bağlı «5 Ulduz» siyasi hərəkatı TAP kəmərinə qarşı neçə vaxtdır iş aparır. Ətraf mühit müdafiəçiləri kəmərin İtaliyanın cənubundakı Salento bölgəsinin zeytun bağlarına ziyan vurduğunu iddia edir. Parlamentdə 25 faiz yerlə təmsil olunan «5 Ulduz» hərəkatı dəfələrlə TAP-a qarşı nümayişlər təşkil edib, bölgə hökuməti kəmərin tikintisinin qarşısını almağa çalışıb.
Bu, TAP-a qarşı birinci təxribat deyil. 2015-ci ilin martında Melendunyo şəhəri yaxınlığında TAP konsorsiumunun podratçı şirkətlərindən birinə məxsus iki texnika sıradan çıxarılıb.