3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
21:04 | 27 fevral 2017 | Bazar ertəsi
Məqaləyə 2183 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Cinayət işi Ohanyanın oğluna açıldı
Bu dəfə ermənilər “savaş əti” olacaq?
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
Ermənistanın keçmiş müdafiə naziri, hazırda keçmiş xarici işlər naziri Vardan Oskanyan və «İrs» partiyasının lideri Raffi Ovanisyanla birlikdə blok yaradıb parlament seçkilərinə hazırlaşan Seyran Ohanyan bütün siyasi partiyaları Qarabağa dair ictimai müzakirələrə çağırıb.
Virtualaz.org xəbər verir ki, «Aravot» qəzeti Ohanyanın çıxışından aşağıdakı sitatları dərc edib: «Erməni və azərbaycan xalqları yanaşı yaşayıblar və bundan sonra da yaşayacaqlar, onlar sülh istəyirlər, lakin bizim regionda sülh və tolerantlıq məsələsini həll etmək üçün Azərbaycanla Ermənistan arasında balansı təmin etmək lazımdır. Eyni zamanda iki xalqı xalq diplomatiyasına təşviq etmək, qarşılıqlı etimad mühiti formalaşdırmaq vacibdir».
Keçmiş müdafiə nazirinin sözlərinə görə, bu etimadın olmaması danışıqlar prosesini pozur, aprel müharibəsi də buna şahiddir. «Münaqişənin nizamlanmasının nəticəsi olaraq qaliblər və məğlublar olmamalıdır, yaxud birtərəfli qərarlar verilməməlidir. Biz ancaq belə həll yolu ilə uzunmüddətli sülhə nail ola bilərik», - Ohanyan deyib.
Seyran Ohanyan məhz aprel müharibəsindən sonra Ermənistanda başlayan proseslərin nəticəsi olaraq keçmiş səngər yoldaşının komandasını tərk edib və hazırda özünü Sərkisyana qarşı əsas müxalif qüvvə hesab edir.