İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
11:30 | 10 mart 2017 | Cümə
Məqaləyə 1608 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın Sənaye naziri iki gün öncə Təbrizə etdiyi səfər zamanı bəzi sənaye müəssisələrinə baxış keçirsə də, Podşipnik (bolbring) və Maşınqayırma zavodlarının problemləri ilə maraqlanmayıb.
Bundan sonra Şərqi Azərbaycanın sənaye sahəsində əhəmiyyətli rol oynayan Podşipnik Zavodunun işçiləri Şərqi Azərbaycan İctimai Rifah və İş İdarəsinin binası qarşısına toplaşaraq nazirin bu hərəkətinə etiraz ediblər. Onlar zavod rəhbərliyindən gecikmiş maaşlarını da tələb ediblər.
Aksiyaya plakatla gələn işçilər iki gün öncədən zavodda fəaliyyətlərini dayandırıblar. Onlar son 3 ayda maaş almadıqlarını və zavod rəhbərliyi tərəfindən bayramlıq haqlarının ödənilmədiyini iddia edirlər.
Qeyd edək ki, Təbriz Podşipnik Zavodu Şərqi Azərbaycan Vilayətinin önəmli sənaye müəssisələrindən biridir. Çox sayda işçinin çalışdığı zavod özəlləşdirildikdən sonra müəyyən problemlərlə üz-üzə qalıb. Oxşar vəziyyət Azərbaycanın bütün vilayətlərində bir çox sənaye və istehsal müəssisəsində müşahidə olunur. Ekspertlər bunu bölgəyə hakim kəsilən iqtisadi tənəzzül və bazardakı durğunluqla əlaqələndirir.