İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
16:07 | 11 mart 2017 | Şənbə
Məqaləyə 1446 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranda iqtidardakı rejimə müxalifətdə olan İran Milli Müqavimət Şurası (NCRI) Ədalət axtarışı üzrə beynəlxalq komitənin (International Committee In Search of Justice - ISJ) «Avropa-İraq azadlıq assosiasiyası» (EIFA) ilə birgə həyata keçirdiyi «Yaxın Şərqdə İslam inqilabı keşikçiləri korpusunun (İİKK) dağıdıcı rolu» adlı tədqiqatının nəticələri üzrə məruzəni dərc edib. Məlum olub ki, İranın xarici ölkələrdə yerləşən bir neçə səfirliyi İİKK-nun təsiri altındadır. Bunlardan biri də Azərbaycandakı səfirlikdir.
«Geniş araşdırma» nəticəsində bəlli olub ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) son üç onillik ərzində regiondakı 14 müsəlman ölkəsinin işlərinə qarışıb.
«Müəyyən edilib ki, İİKK dörd ölkədə bilavasitə gizli şəkildə münaqişələrdə iştirak edir. Bunlar İraq, Suriya, Yəmən və Livandır. Burada İİKK birbaşa və əhəmiyyətli hərbi gücə malikdir». Qeyd olunur ki, məsələn, 2016-cı ilin yayında az qala 70 min iranlıdan ibarət qruplaşma Suriyanın ərazisində olub.
Daha sonra vurğulanır ki, İslam İnqilabı Keşikçiləri Korpusu ən azı səkkiz ölkənin işlərinə birbaşa müdaxilə edir, yaxud həmin dövlətlərin hökumətlərinə qarşı sui-qəsdlər planlaşdırır. Həmin ölkələr İraq, Suriya, Yəmən, Livan, Fələstin, Bəhreyn, Misir və İordaniyadır.
Tədqiqatda iddia olunur ki, İİKK ən azı 12 region ölkəsində terrorçu filial və ya şəbəkələri yaradıb.
Məruzənin ən yaddaqalan nəticələrindən biri – İİKK 13 ölkədə terrorçuluq fəaliyyətində iştirakçıdır.
İİKK həmçinin digər 12 ölkədə kəşfiyyat tədbirləri həyata keçirib. «Bu ölkələrin əksəriyyətində İran rejiminin casuslarını ya həbs ediblər, ya da izləyiblər», - sənəddə deyilir.
İİKK-nun müdaxilələri hərbi sahə ilə məhdudlaşmır və Tehranın xarici siyasətində müəyyyənedici rola malikdir.
«Hakim teokrat rejimin strukturunda xarici siyasət ali rəhbər tərəfindən formalaşdırılır, hazır da bu Ayətullah Xamneyidir. Beləliklə, bəzi ölkələrə aid siyasətin hazırlanması və həyata keçirilməsi rəsmən İİKK-na həvalə edilib. Bununla əlaqədar, İİKK bir çox səfirliklərdə rejimin xarici siyasətini effektiv şəkildə nəzarətdə saxlayır. Bu kateqoriyaya İraqdakı, Suriyadakı, Livandakı, Əfqanıstandakı, Yəməndəki, Bəhreyndəki və Azərbaycandakı səfirlikləri daxil etmək olar», - məruzədə bildirilir.
Yuxarıda adı çəkilən ölkələrə əlavə olaraq, İİKK qeyd olunan ölkələrdəki xarici siyasətin idarə edilməsində aparıcı rola malikdir. Bunlar Ermənistan, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər vəı Omandır.
«İran Xarici İşlər Nazirliyinin şəxsi heyəti öz fəaliyyətini İİKK-nun göstərişləri və istəkləri üzərində qurur», - məruzədə deyilir.