
6 min manat kimlərə ödəniləcək?
Baş nazir qərarı imzaladı
Baş nazir qərarı imzaladı
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
AB prezidenti Antonio Koşta İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvət edib
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
«Bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişaf təmin olunub, sosial məsələlər həllini tapıb, ordu quruculuğu uğurla aparılıb». Bu sözləri bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, 2017-ci il Azərbaycan üçün uğurlu il olacaq: «Beynəlxalq vəziyyət gərgindir. Təəssüf ki, münaqişələr davam edir, yeni risklər yaranır. Azərbaycan təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür. Bu ilin ilk 3 ayında xarici ölkələrə 7 səfər etmişəm, beynəlxalq tədbirlərə qatılmışam. Bu səfərlər böyük əhəmiyyət daşıyır, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı baxımından önəmlidir”.
İlham Əliyev bildirib ki, bu ilin ilk 3 ayında Azərbaycana 7 xarici dövlət başçısı səfər edib: «Bu, ölkəmizə olan hörmətin göstəricisidir. Bu ilin birinci rübündə Bakıda keçirilən, 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət başçısının iştirak etdiyi Beşinci Qlobal Forum, Bakıda ABŞ və Rusiya Silahlı Qüvvələri Baş qərargah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir». (APA)
***
11:49
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Virtualaz.org-un məlumatına görə, dövlət başçısı iclası giriş nitqi ilə açıb.
Sonra müdafiə sənayesi naziri Yavər Camalov, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev çıxış ediblər.
Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.